Menalay
From Wikipedia, the free encyclopedia
Menelay — Mikena kralı Aqamemnonun qardaşı və Helenin əri. Sparta şahzadəsi Helenlə evləndi və Helenin atasının istəyi ilə Sparta kralı oldu. Yaxşı bir döyüşçü olmağa layiq keyfiyyətlərə malik bir əsgər idi. Troya şahzadəsi Paris Heleni qaçırır. Əlbəttə Helen də buna etməyə razıdır. Menelay dəli olur və qardaşından kömək istəyir. Qardaşı bütün Yunan şəhər-dövlətlərini əvvəlcədən bir hakimiyyət altında toplamağı bacarmışdı. Buna görə, Yunanıstanın hamısı Troya üzərinə müharibəyə getmişdi. Müharibədən sonra Menelay Heleni geri alır və Spartaya qayıdır. Onlar birlikdə yaşlanır və ölürlər.
Cəld faktlar Mifologiya, Cinsi ...
Menalay | |
---|---|
q.yun. Μενέλαος | |
Mifologiya | Yunan mifologiyası |
Cinsi | kişi[d][1] |
Atası | Atrey[2][3] |
Anası | Aeropa |
Qardaşı və bacısı | Aqamemnon[2][4][…] |
Arvadı | |
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Helenlə Hermiona adlı bir qızları var. Ancaq Hermiona heç vaxt anasını bağışlamamışdı, çünki anası onu tərk edərək Paris ilə Troyaya qaçmışdı.