From Wikipedia, the free encyclopedia
Meiji Bulgaria Yogurt (明治ブルガリアヨーグルト?, bolq. Кисело мляко Мейджи България[1]) – Yaponiyanın "Meiji" qida şirkəti tərəfindən istehsal olunan qatıq brendi. Yaponiyadakı qatıq bazarının 30%-ini bu brendin satışları təşkil edir. Qatığın istehsal prosesi Bolqarıstan hökuməti tərəfindən sertifikatlaşdırılmış və rəsmi şəkildə bolqar qatığı brendi kimi tanınmışdır.
1970-ci ildə Yaponiyanın Osaka şəhərində baş tutmuş Expo 1970 tədbiri zamanı "Meiji Dairies" şirkətinin nümayəndələri Bolqarıstan pavilyonunda sərgilənən bolqar qatığı ilə tanış olmuşdurlar. Qatıq plastik çantaya qoyulmuş və laboratoriyaya aparılmışdır. Şirkətin nümayəndələri qatığın nümunələrini əldə etmək üçün üçün bir neçə dəfə Bolqarıstana səfər etmişdirlər. 1971-ci ildə şirkət tərəfindən Yaponiyanın ilk sadə qatıq brendi olan "Meiji Plain Yogurt" təqdim olunmuşdur. Şirkət əvvəlcə qatığın adını "Meiji Bulgaria Yogurt" qoymaq istəsə də, Bolqarıstanın Yaponiyadakı səfirliyi bu ideyaya qarşı çıxmışdır. Məhsul satışa çıxdığı ilk il ərzində yaxşı satılmamışdır (gündə 300 ədəd).[2]
Bolqarıstan hökuməti ilə aparılan danışıqlardan sonra 1972-ci ilin mayında brendin adında ölkənin adından istifadə etməyə icazə verilmiş və 1973-cü ilin dekabrında qatıq "Meiji Bulgaria Yogurt" adı ilə istehsal olunmağa başlanmışdır.[2] 1981-ci ildə indiyə kimi də istifadə olunan göy qablaşdırmaya keçilmişdir. 1984-cü ildə qatığın hazırlanmasında LB81 bakteriyasından istifadə olunmağa başlanmışdır. 1996-cı ildə qatığa Yaponiya Sağlamlıq və Rifah Nazirliyi tərəfindən "xüsusi sağlamlıq istifadəsi üçün nəzərdə tutulmuş qida" statusu verilmişdir.[3]
Lactobacillus bulgaricus bakteriyası Bolqarıstandan kənarda yetişdirilərkən spesifik xüsusiyyətlərini itirdiyi üçün "Meiji" şirkəti bakteriyanı Bolqarıstandan idxal etməli olur. Bundan əlavə, bolqar qatığının hazırlanmasında istifadə olunan bakteriya ştamlarının Bolqarıstandan kənara çıxarılması üçün Bolqarıstan hökumətinin icazəsi tələb olunur.[3]
Yaponiyada yaşayan bolqarlar bu qatığının dadının ənənəvi bolqar qatığının dadından daha az turş və daha şirin olduğunu bildirmişdirlər.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.