![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f9/Dr._Mehmet_Oz%252C_August_2016.jpg/640px-Dr._Mehmet_Oz%252C_August_2016.jpg&w=640&q=50)
Mehmet Öz
Türk-Amerikalı ürək-damar cərrahı və televiziya aparıcısı / From Wikipedia, the free encyclopedia
Mehmet Cengiz Öz (türk: [mehˈmet dʒeɲˈɟiz øz]; 11 iyun 1960[1], Klivlend, Ohayo) həmçinin Dr. Oz kimi tanınan, türk-amerikan aparıcısıdır, müəllif, fəxri professor və təqaüdçü kardiotorakal cərrahdır.[3][4][5] O, Pensilvaniyada 2022-ci ildə ABŞ Senatına seçkilər üçün Respublikaçılar Partiyasından namizəddir və ABŞ Senatına hər iki böyük partiya tərəfindən namizədliyini irəli sürülmüş ilk müsəlmandır.[6] Türk mühacirlərinin oğlu olan Öz Delaver ştatının Vilmington şəhərində böyüyüb, Harvard Universiteti və Pensilvaniya Universitetini bitirib. ABŞ və Türkiyənin ikili vətəndaşı olan Öz türk vətəndaşlığını saxlamaq üçün 1980-ci illərdə Türkiyə ordusunda xidmət edib. Daha sonra 1986-cı ildə Kolumbiya Universitetinin İrvinq Tibb Mərkəzində cərrahiyyə üzrə rezidenturasına başladı. 2001-ci ildə Kolumbiya Universitetində cərrahiyyə professoru oldu və daha sonra 2018-ci ildə fəxri professor kimi təqaüdə çıxdı.[3][5]
Mehmet Öz | |
---|---|
Mehmet Cengiz Öz | |
![]() Aparıcı Dr. Öz Conson Çan, Met Elisofon, Nik Reyner və Rob Reyner SAMHSA Xüsusi Tanınma Mükafatını və Being Charlie filminə görə 2016 Səs Mükafatını qəbul etdikdən sonra | |
Doğum tarixi | 11 iyun 1960(1960-06-11)[1] (64 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı | Liza Lemol |
Uşağı | 4 |
Təhsili | |
Fəaliyyəti | akademik[d], cərrah, həkim, aparıcı, televiziya prodüseri[d], yazıçı, siyasətçi |
Fəaliyyət illəri | 1982-ci ildən |
Partiyası | |
doctoroz.com | |
![]() |