From Wikipedia, the free encyclopedia
Mecay (həmçinin Macoy, Macay; q.misir mđʔ.y)[1] — Qədim Misirin Yeni padşahlıq dövründə fəaliyyət göstərmiş, səhralarda kəşfiyyat əməliyyatları həyata keçirən və fironun hakimiyyəti altındakı əraziləri müdafiə etmiş elit hərbiləşdirilmiş polis qüvvəsi.
mecay "mđʔ.y" ("xaricilər" üçün atış çubuğu determinativi) Heroqliflərdə | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
"Mecay" sözünün gəldiyi Misir termini "mđʔ" əvvəllər müasir Sudanın şimalında və Misirin cənubunda misirli canişinlər tərəfindən muzdlu əsgərlər olaraq işə alınan nubiyalı köçəri tayfaların məskunlaşdığı bir regiona deyilirdi. Onlar müasir milli polis qüvvələrinə bənzər bir mürəkkəb ictimai müdriyyət sistemi qurmuşdular. Tədricən termin polis qüvvəsinin özünə verilən bir ada çevrildi.
Orta padşahlıq dövründə qədim misirlilər mecayların döyüş bacarıqlarına böyük hörmətlə yanaşırdılar. Buna görə də, mecaylar əsasən piyada qoşun və sərhəddə xaricilərə casusluq etmək üçün tədqiqatçı olaraq işə alınırdılar.[2]
On səkkizincı sülalə dövründə mecaylar digər hakimiyyət orqanlarından azad olan ayrı bir iyerarxiyaya sahib olan şəhər-daxili polis adlandırılırdı.
Mecayların adı iyirminci sülalədən (e.ə. 1189–1077) sonra çəkilmir.
1932-ci ildə istehsal olunmuş "Mumiya" filmi firon I Setinin şəxsi cangüdənləri olaraq təsvir edilmişdilər.[3] Onlar həmçinin 2001-ci ildə istehsal olunmuş "Mumiya qayıdır" filmində də təsvir edilmişdilər.[4]
2017-ci ildə satışa çıxarılan "Assassin's Creed Origins" video oyununun baş qəhrəmanı Bayek "Qədim Misirin son mecayı" hesab edilir.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.