Mazaçço (it. Masaccio; 21 dekabr 1401[1][2][…], San-Covanni-Valdarno[d], Toskana – 1428[3][4][…], Roma[2][5]) — görkəmli italyan rəssamı, Florensiya rəssamlıq məktəbinin ən böyük nümayəndəsi.
Florensiyalı boyakar Mazaçço Erkən İntibahın ilk nümayəndəsi, Cotto ənənələrini qəbul etmiş, xətti perspektiv prinsiplərindən istifadə etmişdir.
Həyatı
Mazaçço adlanan Tomazo di Covanni di Simone Kassai (1401–1428), İntibah dövrü dahi İtaliya rəssamlarından biri olub, renessans ənənələrinin əsasını qoyan, kvatroçento dövrünün boyakarlığının islahatçısı idi. O, 21 dekabr 1401–ci ildə Valdarno San Covannidə anadan olub. Mazaççonun bioqrafi (katibi), renessans dövrünün rəssamı Corco Vazari (1511–1574) yazırdı ki, Mazaçço ("Yöndəmsiz") ləqəbi ona ətraf həyata diqqətsiz olduğu üçün verilmişdi. Müəllimləri olmasalar da, Brunelleski və Donatello ilə təmasda olması Mazaçço üçün əsl məktəb olub.
Avropa incəsənətində ilk çılpaq insan bədəninin realist təsvirini vermiş Mazaçço "Adəm və Həvvanın cənnətdən qovulması", "Vergi" və başqa əsərlərində bir sıra mühüm sənətkarliq problemlərini həll etmişdir. Qərbi Avropa rəssamlığında ilk dəfə o, fiqurlarla mənzərə fiqurlarla memarlıq arasında vəhdət yaratmış, onları sərbəst və təbii halında göstərmişdir.
İstinadlar
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.