Mayron Skoulz (ing. Myron Samuel Scholes) (1 iyul 1941[1][2][…]) — Kanadada anadan olmuş, ABŞ-də yaşayan iqtisadçı. 1997-ci ildə Robert Mertonla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Blek-Skoulz modelinin qurucularından biridir. Bütün binominal opsiyon modellərinin mənbəsi bu anlayışdır.

Cəld faktlar Doğum tarixi, Elm sahəsi ...
Mayron Şoulz
ing. Myron Samuel Scholes
Thumb
Doğum tarixi 1 iyul 1941(1941-07-01)[1][2][…] (83 yaş)
Elm sahəsi iqtisadiyyat
İş yerləri
Təhsili
Elmi rəhbəri Merton Miller
Üzvlüyü
Mükafatları İqtisadiyyat üzrə Nobel mükafatı
news.stanford.edu/news/2…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Həyatı

Mayron Skoulz 1 iyul 1941-ci ildə ailəsinin Böyük böhran dövründə köçdüyü Kanadanın Timmins şəhərində anadan olub. 1951-ci ildə ailəsi cənuba, Kanadanın Hamilton şəhərinə köçdü.[4]

Mayron Skoulzun anası xərçəng xəstəliyi səbəbindən öldü, sonra o, Hamiltonda qalmağa qərar verdi və McMaster Universitetinin iqtisadiyyat bölməsindən məzun oldu. McMasterdəki professorlardan biri Mayron Skoulzu sonradan İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülən Çikaqo Universitetinin iqtisadçıları olan Corc StiqlerMilton Fridmenlə tanış elədi. İqtisadiyyat bölməsindən məzun olduqdan sonra Mayron Skoulz təhsilinə Çikaqo Universitetində davam etməyə qərar verdi. Burada təhsil alarkən maliyyənin nisbətən yeni sahələrini təkmilləşdirən iqtisadçılar, Eqini FemaMerton Millerlə işləmək fürsətini əldə etdi. Mayron Skoulz 1964-cü ildə magistr, 1969-cu ildə isə Merton Millerin məsləhətçiliyi ilə doktorluq dərəcəsinə yüksəldi.

1968-ci ildə nəzəriyyəsini bitirdikdən sonra Massaçusets Texnologiya İnstitutunda Sloan İdarə məktəbində işləmişdi. Burada Artur Litla məsləhətçilik etmiş Fişer Blek və 1970-ci ildə Massaçusets Texnologiya İnstitutunda işə başlayan Robert Mertonla tanış olur. Növbəti illərdə Mayron Skoulz, Fişer Blek və Robert Merton məşhur seçimi qiymətləndirmə modelləri də daxil olmaqla varlıq qiymətləndirmə sahəsində tədqiqatlara başladılar. Eyni zamanda Mayron Skoulz Robert Merton və Mixail Jensen ilə əməkdaşlığa da davam etdi. 1973-cü ildə Eqini Fema, Merton Miller və Fişer Blek kimi iqtisadçılarla bir yerdə işləyə biləcəyi Çikaqo Universitetinin İdarə fakültəsinə keçməyə qərar verdi.

1981-ci ildə Stanford Universitetinə keçdi və təqaüdə çıxdığı 1996-cı ilə qədər burada işləməyə davam etdi. Mayron Skoulz 1997-ci ildə Robert Mertonla birlikdə törəmə bazarların dəyərini müəyyənləşdirmək üçün təkmilləşdirdikləri yeni metod üçün İqtisadiyyat üzrə Nobel mükafatına layiq görüldü.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.