Maykl Cekson
From Wikipedia, the free encyclopedia
Maykl Cozef Cekson (ing. Michael Joseph Jackson; 29 avqust 1958[1][2][…], Geri, İndiana, ABŞ – 25 iyun 2009[3][4][…], Los-Anceles, Kaliforniya, ABŞ[3]) — amerikalı müğənni, bəstəkar, rəqqas, xeyriyyəçi. "Popun kralı" adını qazanan Cekson, 20-ci əsrin ən görkəmli mədəniyyət xadimlərindən biri kimi qəbul edilir. Karyerası, musiqi, rəqs və modaya verdiyi töhfələr, ictimailəşdirilən şəxsi həyatı ilə birlikdə onu populyar mədəniyyətdə qlobal bir fiqur etmişdir.
Maykl Cekson | |
---|---|
ing. Michael Jackson | |
Ümumi məlumatlar | |
Doğum adı | Michael Joseph Jackson |
Doğum tarixi | 29 avqust 1958(1958-08-29)[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 25 iyun 2009(2009-06-25)[3][4][…] (50 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Atası | Cozef Cekson |
Anası | Ketrin Cekson |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | rəqqas, müğənni-mahnı yazarı, iş adamı, xeyriyyəçi, kinorejissor, ssenarist, avtobioqraf[d], musiqi prodüseri, kino aktyoru, aktyor, təşəbbüskar, musiqiçi, səsyazma sənətçisi[d], müğənni, səsləndirmə aktyoru[d], rəsm kolleksioneri[d], mahnı yazarı[d], model[d], şair |
Fəaliyyət illəri | 1964–2009 |
Janrlar | pop musiqisi, soul, rəqs musiqisi[d], disko, rok, blüz, R&B, fank[d], hip-hop[d], hard-rok, black contemporary[d], dans-pop |
Musiqi alətləri | piano[6][6][…], zərb qurğusu[d][7][8], zərb alətləri |
Səs tembri | tenor |
Albom şirkətləri | Epic Records, Sony Music[d], Motown[d], Universal Music Group[d], Legacy Recordings[d] |
Üzvlüyü | |
Mükafatları |
|
michaeljackson.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Cekson ailəsinin səkkizinci övladı olan Maykl Cekson, 1964-cü ildə böyük qardaşları Ceki, Tito, Cermeyn və Marlon ilə The Jackson 5-in (sonradan Jacksons kimi tanınır) üzvü kimi ilk çıxışını etdi. Cekson solo karyerasına 1971-ci ildə "Motown Records"da olarkən başlamışdır. 1979-cu ildə çıxartığı "Off the Wall" albomu ilə solo ulduz oldu. Onun 1982-ci ildə buraxdığı "Thriller" albomundan "Beat It" , "Billie Jean" və "Thriller" mahnısı da daxil olmaqla, musiqi videolarında irqi maneələri aşması ilə bilinir. O, MTV-nin uğurunun davam etməsinə köməklik etdi və "Bad" (1987), "Dangerous" (1991), "HIStory: Past, Present and Future, Book I" (1995) və "Invincible" (2001) albomlarının videoları ilə yeniliklər etdi. "Thriller" bütün zamanların ən çox satılan albomu oldu, "Bad" isə beş sinqlı ABŞ Billboard Hot 100-də bir nömrəyə çıxaran ilk albom oldu.
1980-ci illərin sonundan etibarən Cekson dəyişən görünüşü, münasibətləri, davranışı və həyat tərzinə görə mübahisə və fərziyyə fiquruna çevrildi. 1993-cü ildə o, ailə dostunun uşağına qarşı cinsi istismarda ittiham olunurdu. Yetərincə sübut olmadığı üçün Cekson günahkar hesab edilmədi. 2005-ci ildə o, uşaqlara qarşı cinsi istismar ittihamları və bir sıra digər ittihamlarla mühakimə olundu və bəraət qazandı. FTB Ceksonun cinayət əməlinə dair heç bir sübut tapmadı. Cekson 2009-cu ildə "This Is It" adlı bir sıra geri dönüş konsertlərinə hazırlaşarkən propofolun həddindən artıq dozasından vəfat etdi, şəxsi həkimi Konrad Mürrey onun ölümündə təqsirkar hesab edilərək həbs olundu. Onun vəfatı bütün dünyada reaksiyalara səbəb olmuşdur, buna internet trafikindəki görünməmiş artımları və musiqisinin satışında sıçrayış yaranmasını əlavə etmək olar. Ceksonun Los-Ancelesdəki Steypls-sentrdə keçirilən anım mərasimini dünyada təxminən 2,5 milyard insan izləyib.
Cekson bütün zamanların ən çox musiqisi satılan sənətçilərindən biridir, təxmini olaraq dünya miqyasında 400 milyondan çox satış etmişdir. Onun 13 Billboard Hot 100-də bir nömrəli sinqlı var idi (Hot 100 dövründəki hər hansı digər kişi sənətçidən daha çox) və beş müxtəlif onillikdə Billboard Hot 100-də ilk onluğa daxil olan ilk sənətçi idi. O, RIAA tərəfindən dünya miqyasında bütün zamanların ən çox satılan fərdi musiqi sənətçisi kimi qəbul edilir. Onun mükafatlarına 15 "Qremmi mükafatı", 6 "Brit mükafatı" , "Qızıl Qlobus mükafatı" və 39 "Ginnesin Rekordlar Kitabı" daxildir.