Maxta
Şərur rayonunda kənd From Wikipedia, the free encyclopedia
Şərur rayonunda kənd From Wikipedia, the free encyclopedia
Maxta — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Maxta kənd inzibati-ərazi vahidi Şərur rayonunun tərkibinə verilmişdir.[1]
Maxta | |
---|---|
39°35′18″ şm. e. 44°56′52″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 809 m |
Saat qurşağı | |
Naxçıvan MR Şərur rayonunda kənd kimi mövcud olan Maxta adı qrammatik formasına görə Maxta/maq-tağ/q/ şəklində olmaqla iki hissədən ibarətdir. Sözün ilk hissəsi olan max-maq formasının danışıq şəkli (şifahi nitq) hesab edilməlidir. "Tağ/taq/" isə tağ, qol, hissə mənası verir. Avesta abidəsi ilə əlaqədar dini ayinləri icra edən şəxslərə "maq" deyilirmiş. Bu söz sonralar öz mənalarını genişləndirərək kahinlik, kahin kasta (Midiyada və İranda), həmçinin Məzdəkiliyin ardıcıllığı və s. kimi mənalar daşımışdır. Maq sayılan şəxs cadugər (əslində bu türkəçarə, müalicə, dini müalicə məqsədilə işlər görən mənası kimi nəzərdə tutulmalıdır), sehrbaz, astroloq və b. mənalar vermişdir. Latınca maqus, yunanca maqos termini hesab olunur. Bu söz Herodotun "Tarix" kitabında Midiya tayfalarından biri kimi qeyd olunmuşdur. İranda və Azərbaycanda Parfiya və Sasanilər zamanı Zərdüştlük təlimi (e.ə. 3-eranın 7-ci əsri) maqlara məxsusdur. Makedoniyalı İskəndər Persopolda Əhəmənilərin sarayını yandırarkən Avestanın ilkin variantı da yanmış (е.ə. 330-cu ildə) həmin kitabı sonralar maqların hafizəsindən toplayıb bərpa etmişdilər. Q. Qeybullayev qeyd edir ki, ərəb istilası zamanı Ərəbistandan işğal olunmuş digər ərazilərə siyasi hakimiyyətə kömək məqsədilə tayfalar köçürülüb. Bu günkü Şərur rayonunda olan Ərəbyengicə, Şahtaxtı kəndi ilə üz-üzə Ərəblər (Arazın o tayı) kəndi bu toponimlərdəndir. Maxta kəndi vaxtilə maq dini mərkəzi, yaxud dini-siyasi mərkəz kimi özünü göstərmişdir. Lakin demək olmaz ki, bura mütləq haradansa adamlar köçürülmüşdür. Çünki, Zərdüştlüyün vətəni elə Azərbaycan hesab olunur. Lakin adın atəşpərəstlik mərkəzi olması yerli əhalinin də inancları sayəsində mümkün idi. Maxta toponimi öz qədimliyi etibarilə eradan əvvəllərə aiddir, yaxud eranın IV əsrində Məzdəkiliyin süqutundan əvvələ mənsub olmaqla ən qədim toponimlərdəndir.[2]
Şərur rayonunun Maxta kəndindən qərbdə, Araz çayının sol sahilində yerləşir. İlk Tunc dövrünə aid yaşayış yeridir. 1985-ci ildə qeydə alınmışdır. Yer səthindən 2 m hündürlükdəki təpədən ibarət olub, əkin sahələri, qərb tərəfdən kanalla məhdudlaşır. Onun cənub-qərb hissəsi dəmiryolu çəkilərkən dağıdılmışdır. Yaşayış yerinin salamat qalan hissəsinin sahəsi 3 ha-dır. 1988-1989-cu illərdə V.H.Əliyev və S.H.Aşurov tərəfindən yaşayış yerində 100 m² sahədə tədqiqat işləri aparılmış, daş təməl üzərində çiy kərpicdən hörülmüş tikinti qalıqlarına, gil qab parçalarına və ocaq qurğusunun hissələrinə rast gəlinmişdir. Arxeoloji qazıntılar nəticəsində boz rəngli qab nümunələri, dən daşları, həvəng və dəstələr, obsidian və çaxmaqdaşıdan hazırlanmış oraq dişləri, obsidian ox ucluqları, sürtgəclər və s. əldə olunmuşdur. Kəşfiyyat xarakterli tədqiqatlar zamanı yaşayış yerinin əhatə etdiyi ərazidə daşdan tikilmiş qədim məbəd, onun içərisində isə daş bütlər aşkar edilmişdir. Abidə e.ə. III minilliyə aid edilir. Yaşayış yerinin keramika məmulatı və tikinti qalıqları Kür-Araz mədəniyyətinin orta mərhələsinə aiddir.
Dağətəyi ərazidir. Bəzi tədqiqatçılara görə, oykonim mahdeh sözünun təhrif olunmuş formasıdır. Kəndin adını fars dilində mah (qala, düşərgə) və deh (kənd) sözləri ilə bağlayıb "qala kənd", yaxud düşərgə qədim yaşayış yerində yaranmış kənd kimi izah edirlər. maxta/makta türk dillərində "üzərində kəlam yazılmış lövhə" mənasinda işlədilir. Görünür kəndin adı ərazidəki yazılı daşlarla bağlı yaranmışdır.[3]
Əhalisi 2303 nəfərdir.(2009 - cu il)[4]
Maxta kəndində uzun müddət Maxta üzüm emalı zavodu fəaliyyət göstərmişdir. Hazırda zavod fəaliyyət üçün hazırdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.