From Wikipedia, the free encyclopedia
Mauntbetten planı — Böyük Britaniyanın mütəmləkəsi olan Hindistanın iki dominiona (Hindistan İttifaqı və Pakistan) bölünməsi planı.
Hindistanda müstəmləkə zülmünə qarşı mübarizə İkinci Dünya müharibəsindən sonra daha geniş vüsət aldı. Böyük Britaniya İkinci dünya müharibəsindən sonra nəinki böyük dövlət statusuna iddia edə bilirdi, hətta beynəlxalq siyasətdə ciddi rolu görünmürdü, nəhəng imperiya statusundan imtina edərək kiçik tərəfdaş rolunu oynayırdı. Hərbi-iqtisadi baxımdan Amerika Birləşmiş Ştatlarından asılı vəziyyətə düşən İngiltərə Hindistan da daxil olmaqla dünyanın müxtəlif bölgələrində öz iqtisadi maraqlarından Vaşinqtonun xeyrinə imtina etdi.
İngiltərədə 1945-ci ilin iyulunda keçirilən parlament seçkilərində qalib gələn leyboristlər konservatorlardan fərqli olaraq "Hindistandan getməyin vacibliyi, qaçılmazlığı", "qalmaq üçün getmək" siaysətinin zəruriliyini daha aydın əkildə dərk edirdilər[1]. Liberal tendensiya Hindistanın bütövlüyünü saxlamaq, ideya baxımdan leyboristlərə yaxın olan HMK-ya önəmli hakimiyyət funksiyaları ötürməyə üstünlük verirdi. İngilislərin əlində zəiflədilmiş mərkəzi hakimiyyətin qalması onları Hindistanın bütövlüyünün qarantına çevirirdi, eyni zamanda siyasi elitanın diqqətini, enerjisini yerli problemlərin həllinə yönəldirdi. Hindistanın regional, konfessional, adminstrativ-siyasi əsaslara görə parçalanması müstəmləkəçilərin əsas siyasi xətti idi.
Leyborist hökumətinin lord Petik-Lourens missiyası Hindistanın vahidliyini təmin etmək, İngiltərə ilə sıx əlaqələrini təmin etməyə çalışırdı. Londonda 1946-cı il may ayının 16-da açıqlanan "bütövlük planı" Konstitusiya Assambleyasının fəaliyyətini nəzərdə tutur, məhz liberaların baxışlarını əks etdirirdi. Petik-Laurensin missiyasının fəaliyyəti nəticəsində C.Nehrunun rəhbərliyi altında Hindistanın müvəqqəti hökuməti yaradıldı. Missiyanın planı HMK və Müsəlman Liqası rəhbərliklərinin arasında razılaşmanın əldə edilməsinə imkan verdi, lakin Pakistanın yaradılması ideyası missiyanın uğursuzluqla nəticələnməsinə gətirib çıxardı.
Leyborist hökumət lord Mauntbetteni vitse-kral təyin etdi və 1947-ci il fevralın 20-də yaydığı məlumatda Böyük Britaniyanın 1948-ci ilin iyulunda Hindistandan çıxacağı bildirildi. Mauntbetten Hindistanın gələcək liderlərini Böyük Britaniyanın dominionu statusunda müstəqillik əldə etməyə razı salmağa çalışırdı. Müsəlman Liqasının mövqeyi və hakimiyyət məsələsinin həll edilməməsi HMK liderlərinin Hindistanın iki müstəqil dominiona bölünməsinə razılıq vermələrinə gətirib çıxardı.
Bölünmə planı ("Mauntbetten planı") Hindistan Milli Konqresi[2], Müsəlman Liqası[3], siqh icmasının[4] razılığı əldə edildikdən sonra İngiltərə hökuməti tərəfindən 1947-ci il 3 iyunda parlamentə təqdim olundu. Parlamentin qəbul etdiyi qanun 18 iyul 1947-ci ildə kral tərəfindən təsdiq olundu, 14 avqustda Pakistan, 15 avqustda Hindistаn dominionunun yaradıldığı elan olundu[5].
Mauntbetten planında Hindistаnın iki dominionа (Hindistаn İttifаqı və Pаkistаn) bölünməsi bаrədə müddəаlаr öz əksini tаpdı:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.