fransız teatr, televiziya və kino aktrisası From Wikipedia, the free encyclopedia
Marion Koliyyar (fr. Marion Cotillard; 30 sentyabr 1975[2][3][…], Paris[4]) — fransız teatr, televiziya və kino aktrisası.
Marion Koliyyar 30 sentyabr 1975-ci ildə Parisdə doğulmuşdur. Anası teatr aktrisası, atası — Jan-Klod- teatr aktyoru, rejissor, "Kotiyyar" teatr qrupunun yaradıcısı və aktyor sənəti məktəbinin müəllimidir. Marionun özündən kiçik iki əkiz qardaşı — Kventin və Qiyom var. Kventin rəssam- heykəltəşar, Qiyom isə yazıçıdır.
Həm fransız, həm də xarici filmlərdə çəkilir. "Uzun müddətli nikah" filminə görə "ən yaxşı ikinci plan aktrisası" nominasiyasında "Sezar" mükafatına layiq görülmüşdür. 2008-ci ildə "Çəhrayı həyat" filmində yaratdığı Edit Piaf roluna görə "Ən yaxşı aktrisa" nominasiyasında "Oskar" mükafatına layiq görülmüşdür. Marion Koliyyar xarici dildə çəkilmiş filmdə oynadığı rola görə Oskara layiq görülmüş ikinci aktrisa olmuşdur. İlk belə nailiyyətə 1962-ci ildə Sofi Loren imza atmışdı. Eyni zamanda "Çəhrayı həyat" filmində oynadığı rola görə Marion Qızıl Qlobus və Britaniya kino və teleincəsənət akademiyasının BAFTA mükafatına layiq görülmüşdür.
1994-cü ildə Amerika serialı olan "Dağlı"da epizodik rolda çəkilmişdir. Bu debütündən sonra Kotiyyar kino və televiziyada rol aalmağa başladı. Böyük erkanda ilk rolu "Öpülmək istəyən oğlanın hekayəsi" filmində Matilda rolu olmuşdur. Həmin il Marion Fransanın idman institutunun tələbələrindən bəhs edən "Qırmızı hədd" serialında baş rollardan birinə çəkilmişdrir. 1996-cı ildə o "Mənim seksual həyatımın müzakirəsi" dramında və "Yaşıl gözəl" elmi-fantastik komediyasında ikinci plan rollarında çəkilmişdir. Bu cəhdlərə baxmayaq, aktrisanın karyerasında durğunluq başladı.
"Uzun müddətli nikah" 2004
1997-ci ildə "Bitmiş iş" (fr. Affaire classée) tamaşasında oynadığı rola görə nüfuzlu teatr mükafatı qazandı. Həmin vaxt o, rejissoru Jirar Pires, ssenari müəllifi Luk Besson olan Taksi filmində baş qəhrəmanın nişanlısı — Lili Bertino roluna təsdiqləndi. Bu film sayəsində Marion Kotiyyar Fransa və dünya tamaşaçılarına özünü tanıtdı və Fransanın nüfuzlu kino mükafatı olan "Sezar" mükafatına layiq görüldü. 2000 və 2003-cü illərə Marion Kotiyyar Taksi filminin davamı olan "Taksi 2" və "Taksi 3" filmlərində çəkildi. Taksi filmindən sonra Marionun aktrisa kimişöhrəti xeyli artdı ə bir-birinin ardınca təkliflər gəlməyə başladı. Ən məşhur filmləri arasında Frensis Ryosserin "Dağlarda döyüş" dramını və Pyer Qrimblatın "Liza" hərbi dramını qeyd etmək olar. 2001-ci ildə o, Jil Pake-Brennenin "Sevimli qızlar" filmində iki baş rolu birdən (əkiz bacılar Mari və Lüsi) oynamışdır. Bu rolları ifa etmək üçün Marion bir aylıq musiqi təhsili almışdır. BU filmə görə də o, "Sezar" mükafatına layiq görülmüşdür. Daha sonra o, Qiyom Niklonun "Şəxsi araşdırma" trillerində və Yan Samuelin "Cəsarətin varsa, mənə aşıq ol" romantik komediyalarında, çox həssas və romantik baş rolları məharətlə ifa etmişdir. Öz aktrisa qabiliyyətlərinə görə o, Nyuyork-Biç kinofestivalında ən yaxşı aktrisa mükafatına layiq görülmüşdür. 2003-cü ildə Marion Yen Makqreqor, Albert Finni, Heleni Karter, Denni De Vito, Stiv Buşemi və Cessiki Lenqdən ibarət çox ciddi aktyor heyəti ilə birlikdə, rejissor Tim Bertonun "İri balıq" filmində baş qəhrəmanın hamilə nişanlısı rolunda çəkilmişdir.
Rejissor Jan-Pyer Jene ilə əməkdaşlıq onun karyerasının zirvəsidir. 2004-cü ildə lentə alınmış "Uzunmüddətli nikah" dramında Jene, Birinci Dünya müharibəsi zamanı, 4 əsgəri ilə birlikdə döyüşməkdən qorxaraq özünə qəsdən zədə yetirmiş və ölüm hökmünə məhkum edilmiş nişanlısını axtaran gənc qız Matildadan (bu rolu Odri Totu ifa etmişdir) bəhs edir. Marion Kotiyyar bu filmdə öz sevgilisini axtran keçmiş fahişə Tina Lomdardinin rolunu canlandırır, lakin onun sevgilisi ölmüşdür və Tina öz hirsini ittiham edilənin üzərinə tökür və onların öldürülməsinə nail olmaq istəyir. Bu rolu Marion çox həyatı şəkildə oynamışdır. Filmin rejissorunun sözlərinə görə filmin çəkilişi zamanı Marion ciddi əsəbi gərginlik keçirmişdir. Bu roluna görə Kotiyyar "ən yaxşı ikinci plan aktrisası" nominasiyasında "Sezar" mükafatına layiq görülmüşdür. "Uzunmüddətli nikah"dan sonra Marion ən çox tələb olunan fransız aktrisasına çevrildi. 2005-ci ildə onun iştirakı ilə 5 film çəkildi və 2006-cı ilin noyabrında Ridli Skotun "Yaxşı il" romantik komediyasının premyerası baş tutdu. Bu filmdə Marion Rassel Krou ilə birlikdə baş rollardan birini ifa etmişdi. 2007-ci ildə Marion "Çəhrayı həyat" filmində fransız müğənnisi Edit Piafın rolunu canlandırdı. Bu rola onu yüzlərlə aktrisanın arasından seçmişdilər. Bu rola görə Kotiyyar "Qızıl qlobus" və "Ən yaxşı aktrisa" nominasiyasında "Oskar" mükafatına layiq görülmüşdür.
2013-cü ildə David Bouinin "The Next Day" klipində çəkilmişdir.
2007-ci ildən etibarən aktyor Qiyom Kane (1973) ilə faktiki nikahdadır. Bir oğlan övladları var (Marsel Kane, 19.05.2011)
Kotiyyar — ekologiyanın müdafiəçilərindəndir və "Qrinpis"in üzvüdür. Marion kanadalı rok müğənni Houkli Vorkmanın (Hawksley Workman) pərəstişkarıdır vəonun iki klipində çəkilmişdir.
İl | Azərbaycanca adı | Orijinal adı | Rol | |
---|---|---|---|---|
1995 | qf | Qadağan edilmiş video | Snuff Movie | |
1996 | f | "Mənim seksual həyatımın müzakirəsi" | Comment je me suis disputé… (ma vie sexuelle) | Tələbə qız |
1996 | tf | Xloe | Chloé | Xloe |
1996 | f | "Yaşıl gözəl" | La belle verte | Maşa |
1996 | f | Qağayı | La mouette | Valeriya |
1998 | f | Taksi | Taxi | Lili Bertino |
1998 | tf | Qocalmaq qadağandır | Interdit de vieillir | Abiqeyl Dunyak |
1999 | f | Dağlarda döyüş | La Guerre dans le Haut Pays | Jüli Bonzon |
1999 | f | Furiya | Furia | Eliya |
1999 | f | Amerikaya kimi davam edən mavi | Du bleu jusqu’en Amérique | Solanj |
2000 | qf | Markiz | Le Marquis | |
2000 | f | Taksi 2 | Taxi 2 | Lili Bertino |
2001 | qf | Bumer | Boomer | Madam Bumer |
2001 | f | Liza | Lisa | Liza |
2001 | f | Sevimli qızlar | Les jolies choses | Mari/Lüsi |
2002 | f | Şəxsi araşdırma | Une affaire privée | Krarissa Entoven |
2003 | f | Taksi 3 | Taxi 3 | Lili Bertino |
2003 | f | Cəsarətin varsa, mənə aşıq ol | Jeux d’enfants | Sofi Kovalski |
2003 | f | İri balıq | Big Fish | Jozefina |
2004 | f | Günahsızlıq | Innocence | Madmuazel Yeva |
2004 | f | Uzunmüddətli nikah | Un long dimanche de fiançailles | Tina Lombardi |
2005 | f | Edi | Edy | Selina |
2005 | f | Kavalkada | Cavalcade | Alizi |
2005 | f | Səmada həyat | Ma vie en l’air | Elis |
2005 | f | Mariya | Mary | Qreten Mol |
2005 | f | Hörmətlə | Sauf le respect que je vous dois | Liza |
2005 | f | Qara qutu | La boîte noire | İzabella Krüger |
2006 | f | Sən və mən | Toi et moi | Lena |
2006 | f | Qara oyun | Fair Play | Nikol |
2006 | f | Yaxşı il | A Good Year | Fanni Şenal |
2007 | f | Çəhrayı həyat | La vie en rose | Edit Piaf |
2009 | f | Conni D. | Public Enemies | Billi Freşet |
2009 | f | Sonuncu uçuş | Le dernier Vol | Mari |
2009 | f | Doqquz | Nine | Luiza Kontini |
2010 | f | Başlanğıc | Inception | Mol |
2010 | f | Kiçik sirrlər | Les petits mouchoirs | Mari |
2011 | f | Parisdə gecəyarı | Midnight in Paris | Adriana |
2011 | f | Yoluxma | Contagion | Həkim Leona Orantes |
2012 | f | Qara cəngavər: Əfsanənin qayıdışı | The Dark Knight Rises | Miranda |
2012 | f | Pas və sümük | De rouille et d'os | Stefani |
2013 | f | Qaz qohumluğu | Blood Ties | Monika |
2013 | f | İmmigrant | The Immigrant | Eva Tsibulski |
2014 | f | Teleaparıcı 2: bir daha salam | Anchorman 2: The Legend Continues | kanadalı aparıcı |
2014 | f | İki gün, bir gecə | Deux jours, une nuit | Sandra |
2014 | qf | Los-ancelesdə snepşot | Snapshot in LA | |
2015 | mf | Balaca şahzadə | The Little Prince | Roza |
2015 | f | Makbet | Macbeth | Ledi Makbet |
2015 | mf | Un monde truqué | Avril | |
2016 | f | Qatilin kredosu | Assassin's Creed |
f — film
qf — qısametrajlı
tf — televiziya filmi
mf — multiplikasiya filmi
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.