![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/8c/Mario_Balotelli_OM_%2528cropped%2529.jpg/640px-Mario_Balotelli_OM_%2528cropped%2529.jpg&w=640&q=50)
Mario Balotelli
italyan futbolçusu / From Wikipedia, the free encyclopedia
O, karyerasına Lumezzanda başlayıb. [4] Barselona infrastrukturunda əvvəllər iki dəfə baxışdan keçib. O, 2007-ci ildə İtaliyanın nüfuzlu klublarından "İnter" lə müqavilə imzalayıb. [4] Balotellini komandaya gətirən Roberto Mançini olub, lakin o, Balotellinin intizamsız davranışına görə komandadan getmək qərarına gəlib. [4] Balotelli yeni baş məşqçisi José Mourinho ilə çətin və çox yaxşı olmayan münasibətdə idi. [4] Onun problemləri 2010-cu ilin martında İtaliyanın Striscia La Notizia televiziya şousunda çıxış edərək Milanın tərəfdarı olduğunu deməsi ilə daha da böyüdü. Bu idman medyasında o dönəmlər böyük qalmaqala səbəb oldu. [4] Bu hadisə onun "İnter"dəki uzun karyerası ehtimalına son qoydu. Belə ki, azarkeşlər onun klubda qalmağını boykot etməyə başladılar. Balotelli 2010-cu ilin avqustunda "Mançester Siti" ilə müqavilə imzaladı və karyerası müəmmalı şəkildə sürprizlərlə davam etdi. [4]
Mario Balotelli | |
---|---|
it. Mario Balotelli | |
![]() | |
Ümumi məlumatlar | |
Tam adı | Mario Barwuah Balotelli |
Doğum tarixi | 12 avqust 1990(1990-08-12)[1][2][…] (33 yaş) |
Doğum yeri | Palermo, İtalya |
Vətəndaşlığı | |
Boyu | 1.89 m (6 ft 2 1⁄2 düym) |
Çəkisi | 88 kq[3] |
Mövqeyi | hücumçu |
Klub haqqında məlumat | |
Klub | |
![]() |
Balotelli ilk dəfə 2010-cu ilin avqustunda Kot-d’İvuar ilə yoldaşlıq oyununda İtaliya milli futbol komandasının formasını geyinib. [4]
5 yaşında San Bartolomeoda futbol oynamağa başladı və 12 yaşında Lumezzan futbol akademiyasında davam etdi. Mario çox sürətlə inkişaf etdi və bir neçə ildən sonra akademiyadakı oyunuyla özünü sübut edərək A komandasına yüksəlməyə nail oldu. 2006-cı ilin aprelində, 15 yaşında, C1 Seriyasına yüksələn komandada meydana çıxdı. Lumezzane ilə ilk rəsmi oyununu Padova ilə keçirdi. [5]