From Wikipedia, the free encyclopedia
Maralçılıq — heyvandarlığın bir sahəsi olaraq Şimal marallarının yetişdirilməsi ehtiva edir.
Müasir araşdırmalara görə ilk dəfə maraldan ev heyvanı kimi Cənubi Sibirdə b.e əvvəllərində Somoedlər və Evenklər yararlanmışlar[1]. Onlar türklər və skiflərində geniş yayılmış atçılığın təsiri ilə yaranmışdır. Tunqular maralın belində hərəkət etdikləri təqdirdə, samodiylər artıq X əsrdə maralların hərəkət etdirdiyi xizəklərdə arktikada sərbəst dolaşırlar[2]. Bundan sonra onlar bunu digər şimal xalqlarına yaymışlar. Saamilər və Haloqalandan olan şimali norveçlilər maralçılıqla IX əsrdə, Çukçalar isə XVI əsrdə tanış olmuşlar.
Günümüzdə isə maralçılıq əsasən şimal yarımkürəsinin arktik və subarktik qurşağı zonasında yayılmışdır. Hazırda Rusiya, Finlandiya, Norveç və İsveç kimi ölkələrdə maralçılıq geniş yayılmışdır. Bu sahə ilə əsasən Dolqanlar, Komilər, Evenklər, Tofalar, Saamilər, Evenlər, Koryaklar, Yukagirlər, Xantılar, Mansilər və Çukçalar kimi xalqlar məşğul olur.
Maralçılıq şimali tayqa, tundra və meşə tundra zolağında yayılmışdır. Yay ayları sürüləri tundra, qışda isə tayqa və tundra meşə ərazilərinə köçürülürlər. Hər dəstəni əsasən qruplar və ya maralçılıqla məşğul olan ailələr müşayyət edir. Onlar köçəri həyat sürdüyündən Çum və ya Çadırlarda yaşayırlar. Bu canlılardan hələ də neneslər və evenklər nəqliyyat vastəsi kimi istifadə edirlər. Bu marallar Avropa və Şimali Amerika ərazilərində yeni ilin simbollarından biridir.
Marallar sərt havalara dözümlü olması səbəbindən XX əsrdə onlar Qrenlandiya, Kanada və Alyaska ərazilərinə yetişdirilməyə başlanmışdır. Olduqca kiçik bir dəstə isə Cənubi Georgiya və Cənubi Sandviç adaları və Kergelen arxipelaqı ərazilərinə köçürülmüşdür.
1990-ci ildə keçmiş SSRİ ərazisində 2304 min baş maral saxlanılırdı. Artıq 2000-ci ildə Rusiyada cəmi 1244 min baş maral qalmışdı. 2010 ildə isə sayları 1553 min baş təşkil edir[3]. Bunların böyük qismi Yamalo-Nenets Muxtar Dairəsi (660 min), Yakutiya (201 min), Çukot Muxtar Dairəsi (198 min) və Nenets Muxtar Dairəsi (166 min) ərazilərində yetişdirilir[4]. 2011-ci ilin 1 yanvar tarixinə olan məlumata ölkə ərazisində olan maralların 67,5 % dövlət təsərrüfatlarına saxlanılır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.