From Wikipedia, the free encyclopedia
Maqdalena Kojena (çex. Magdalena Kožená 26 may 1973[1][2][…], Brno[3][4]) — Çex əsilli müğənnisi (Mezzo-soprano)
Maqdalena Kojena | |
---|---|
çex. Magdalena Kožená | |
Doğum tarixi | 26 may 1973[1][2][…] (51 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | opera müğənnisi, concert singer |
Fəaliyyət illəri | 1994-cü ildən |
kozena.cz | |
Vikianbarda əlaqəli mediafayllar |
Ziyalı alim ailəsində anadan olub (atası riyaziyyatçı, anası bioloqdur). Valideynlərinin hər ikisi Boxemiyadan idi. Atası on bir yaşında ikən dünyasını dəyişir. Əvvəlcə fortepianodan təhsil alır, lakin altı yaşında bir qolu sındıqdan sonra Brno Filarmoniya Orkestrinin uşaq xoruna daxil olaraq müğənnilik etməyə başlayır[5]. Daha sonra Kojena Neva Meqova və Yirji Peşa ilə Brno Konservatoriyasında, Eva Blaxova ilə Bratislava Ali Musiqi Məktəbində (1995-ci ildə bitirmişdir) oxuyur. Elə həmin il Zalsburq festivalının laureatı seçilir. 1996-1997-ci illərdə Vyana Xalq Opera evinin solisti olur. "Adi" klassik-romantik repertuardan əlavə Kojena barokko ("orijinal") tərzdə də işləyir. Con Eliot Qardiner ilə Bax cantatalarının yubileyi dövründə (2000) fəal əməkdaşlıq etmişdir. M. Minkovskinin Handel və Qlyuk musiqilərini (1996-2003), Musica antique orkestri (Köln) R. Qoebel ilə - Bax ailəsinin nadir kantataları (2000-2003) əsərlərini ifa etmişdir
2003-cü ildə Kojena Fransız Ədəbiyyat və İncəsənət Ordeninin Kavalieri adına layiq görülür. O, Saymon Rettl ilə evlidir. Bu evlilikdən Yonaş (2005), Miloş (2008) adlı oğlanları və Aneyka (2014) adlı qızları dünyaya gəlmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.