Mançester Arenada terror (2017)
From Wikipedia, the free encyclopedia
Mançester Arenada terror (ing. 2017 Manchester Arena bombing) — İngiltərənin Mançester şəhərində yerləşən Mançester Arenada 2017-ci ilin 22 may tarixində yerli vaxtla saat 22:33-da[5] gercəkləşdirilmiş terror hücumu. Hadisə müğənni Ariana Qrandenin arenada təşkil olunmuş konserti zamanı baş vermişdir. Verilən məlumatlara görə terror hücumu nəticəsində 23 nəfər həlak olub, 64 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxsin kusdar üsulla hazırlanmış bombadan istifadə etdiyi bildirilir. İraq Şam İslam Dövləti hücuma görə məsuliyyəti öz üzərinə götürüb.[6]
Cəld faktlar Hücum yeri, Hücum hədəfi ...
Mançester Arenada terror | |
---|---|
Hücum yeri |
Mançester, İngiltərə |
Hücum hədəfi | Ariana Qrandenin konserti |
Vaxt |
22 may, 2017 22:33 |
Hücum üsulu | Kustar üsulla hazırlanmış bomba |
Həlak olanlar | 23 (terrorçu daxil olmaqla)[1] |
Yaralılar | 64+[2][3] |
Terrorçular | Salman Ramadan Abedi[4] |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla