Mandell-Fleminq modeli
From Wikipedia, the free encyclopedia
"Mandell-Fleminq" modeli (ing. Mundell–Fleming model) — açıq iqtisadiyyatda monetar və fiskal siyasətin həyata keçirilməsi zamanı istinad edilən hakim paradiqmadır. Bu modelin yaradıcısı Nobel mükafatı laureatı RRobert Mandelldir[1].
"Mandell-Fleminq" modeli "IS-LM" modelinin inkişaf etdirilmiş formasıdır. Belə ki, hər iki model də pul və əmtəə bazarlarının arasındakı əlaqəyə əsaslanır və qiymətlərin sabit olduğu qısamüddətli dövrdə məcmu gəlirdəki dalğalanmalara nəyin səbəb olduğunu araşdırır[1]. İki model arasındakı əsas fərq “IS-LM” modelinin qapalı iqtisadiyyatı, "Mandell-Fleminq" modelinin isə açıq iqtisadiyyatı tətqiq etməsidir.
"Mandell-Fleminq" modeli kiçik açıq iqtisadiyyatı tətqiq edir ki, burada sözügedən iqtisadiyyat dünya maliyyə bazarlarında istədiyi qədər borc ala və istədiyi qədər borc verə bilər. Nəticə etibarı ilə iqtisadiyyatdakı faiz dərəcəsi dünya faiz dərəcəsi ilə eynidir[1]. R. Mandell 1963-cü ildə yazdığı əsərində bu fərziyyəni niyə etdiyini göstərir[1]:
“Əldə etdiyim nəticələri mümkün olan ən sadə şəkildə əks etdirmək və siyasi məsələləri ən kəskin şəkildə önə çıxarmaq üçün, bir iqtisadiyyatın dünya səviyyəsində müəyyənləşən faiz dərəcəsindən fərqli fazi dərəcəsi təqdim edə bilmədiyi vəziyyətdəki tam kapital h’r’k’tliliyi fərziyyəsini irəli sürürəm. Bu fərziyənin vəziyyəti şişirtdiyi düşünülə bilər, amma bu beynəlxalq maliyyə əlaqələrinin təsirinin əhəmiyətini ən yaxşı şəkildə göstərir”.
Bu modeli mərhələ-mərhələ qurduqdan sonra yeni dəyişənlər əlavə olunacaq ki, bu da fərziyyənin real dövrü əks etdirən bir modelə çevrilməsini təmin edəcək.