From Wikipedia, the free encyclopedia
Manaf Zərnəvai — Şəki xanlığının Şirvan naibi, Hacı Məhəmmədəli xanın oğlu.
Manaf Zərnəvai | |
---|---|
1768 – 1769 | |
Əvvəlki | Məhəmmədsəid xan |
Sonrakı | Əsgər xan Xançobanlı |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Atası | Hacı Məhəmmədəli xan |
1761-ci ildə Hacı Məhəmmədəli xanın devrilməsindən sonra Şəki xanlığına qaçmışdı. Nəhayət 1768-ci ildə Şəki-Quba qoşunlarının Şirvanı işğalından sonra Manaf bəy Məhəmmədhüseyn xanın Şirvan naibi təyin olundu.[1] Hakimiyyəti altında Yeni Şamaxı, Sərdərin mahalı və Həsən mahalı vardı. Çox keçmədən 1768-ci ilin avqustunda Quba xanlığına qarşı danışıqlara başlayan Manaf bəy və Məhəmmədhüseyn xanın danışıqlarına əsasən Manaf bəy Köhnə Şamaxını ələ keçirərək bütöv Şirvanın xanı olacaq, göstərdiyi hərbi dəstək müqabilində Şəki xanlığına vergi ödəyəcəkdi. Lakin plandan xəbər tutan Fətəli xan tərəfindən məğlubiyyətə uğradılaraq Dərbəndə sürgün edilir.[2] 1769-cu ilin iyulunda isə Yeni Şamaxı dağıdıldı.
1789-cu ildə Fətəli xanın ölümündən sonra Məhəmmədhəsən xan Şirvana hücuma keçərək Manaf bəyi hakimiyyətə qaytarmağa çalışdı. Lakin Manaf bəyin hakimiyyəti cəmi yarım ay çəkdi. Həmin il Əsgər xanın orduları tərəfindən ələ keçirilərək öldürüldü.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.