Maltanın Böyük mühasirəsi
1565-ci ilin may - sentyabr aylarında Osmanlı sultanı Qanuni Sultan Süleyman ordusu tərəfindən Malta adasının mühasirəsi / From Wikipedia, the free encyclopedia
Maltanın Böyük mühasirəsi (malta L-Assedju l-Kbir) — 1565-ci ilin may–sentyabr aylarında Osmanlı sultanı Qanuni Sultan Süleymanın ordusu tərəfindən Malta adasının mühasirəsi. O dövrdə ada Malta hospitalyerləri tərəfindən işğal edilmişdi. Mühasirə Aralıq dənizində hökmranlıq uğrunda Avropa gücləri ilə Osmanlı imperiyası arasındakı rəqabətin pik nöqtəsi idi.
Maltanın Böyük mühasirəsi | |||
---|---|---|---|
Osmanlı-Habsburq döyüşləri | |||
Tarix |
18 may – 11 sentyabr 1565 (3 ay, 3 həftə, 3 gün) |
||
Yeri | Malta adası | ||
Səbəbi | Portanın (Bab-ı Ali) Aralıq dənizində hökmranlıq qurmaq istəyi | ||
Nəticəsi | xristianların qələbəsi | ||
Ərazi dəyişikliyi | Münaqişə nəticəsində ərazi dəyişiklikləri | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
1522-ci ildə Sultan Süleyman tərəfindən Rodos adası ələ keçirildikdən və ordenin cəngavərləri səkkiz il Avropanı dolaşdıqdan sonra 1530-cu ildə Maltaya gəldilər. Onlar Osmanlı gəmiləri tərəfindən təqib edilirdi. Hospitalyerlərin piratçılıq fəaliyyətindən xəbərdar olan Süleyman Qanuni ordusunu Malta arxipelaqına göndərmək qərarına gəldi. Bunun digər bir məqsədi isə orada stratejik dəniz bazası yaratmaq idi. 1565-ci il may ayının sonunda Mustafa paşa və Piyalə paşanın komandanlığı altında türk ordusu və donanması Maltaya gələrək adanın qalalarını mühasirəyə aldı. Ordenin Böyük magistrı Jan Parizo de la Valett İtalyan və İspan muzdluları və Malta milisləri tərəfindən dəstəklənən orden cəngavərlərinə rəhbərlik edirdi. Müdafiəçilər möhkəmləndirilmiş Birqu və Senqlea şəhərlərinə sığınaraq İspaniya kralı II Filippin vəd etdiyi yardımı gözləyirdilər. Hücum edənlər mühasirəni limanın girişini qoruyan Sen-Elmo qalasına hücum edərək başladılar. Cəngavərlər düşmən qüvvələrinin əhəmiyyətli bir hissəsini məhv edərək, vaxtı gecikdirərək qalanı bir ay saxlaya bildilər. İyulun əvvəlində türklər Birqu və Senqleanı mühasirəyə aldılar. Üç ay ərzində Osmanlı artilleriyasının say üstünlüyünə və gücünə baxmayaraq, türklərin bütün hücumları uğursuz oldu. Sentyabrın əvvəlində Siciliyanın vitse-kralı Don Qarsiya de Toledonun başçılıq etdiyi ordu Maltaya gəldi və türklər uğursuzluqdan ruhdan düşərək, xəstəlik və aclıqdan zəifləyərək geri çəkilmək məcburiyyətində qaldılar.
Qələbə ordenə böyük nüfuz qazandırdı və müsəlman ekspansiyasına qarşı xristian dünyasının müdafiəçisi kimi onun şöhrətini bərpa etdi. Mühasirə XVI əsrdə Avropa tarixində ən məşhur hadisələrdən birinə çevrildi. Volter deyib: "Süleymanın bəxti gətirmədiyi mühasirədən, yaxşı heç nə məlum deyil". Məğlubiyyət, ağır itkilərdən başqa, Osmanlı imperiyası üçün ciddi hərbi nəticələr verməsə də, Osmanlı ordusunun yenilməzliyinə inamı sarsıtdı və Aralıq dənizi tarixində yeni bir dövrün — İspaniya hökmranlığının başlanğıcını qoydu.
Mühasirə bitdikdən sonra, əvvəlcə Şiberras yarımadasını qorumaq üçün Çitta Umilissima adlanan yeni şəhər tikildi (lat. Humilissima Civitas və ya it. Città Umilissima). Şəhər daha sonra Jan de la Vallettin şərəfinə adlandırıldı. (lat. Humilissima Civitas Valletta)