From Wikipedia, the free encyclopedia
Mak-Robertson Torpağı[1][2] (ing. Mac. Robertson Land) — Antarktida ərazisi olaraq 60° və 73° şərq uzunluqları arasında qərarlaşır. Şimaldan sahillərini Birlik dənizinin suları yuyur.
Mak-Robertson Torpağı | |
---|---|
ing. "Mac. Robertson Land" | |
70°00′ c. e. 65°00′ ş. u.HGYO | |
Ölkə | Antarktida |
Vikianbarda əlaqəli mediafayllar |
Mərkəzi hissələrdə buzlağın qalınlığı 2000 metr təşkil edir. Sahil hissədə buzdan azad olmuş çoxlu ərazilər vardır. Cənubunda Şahzadə Çarlz dağları yerləşir.
Mak-Robertson Torpağı 1930-cu ildə Britaniya-avstraliya-yenizelandiya ekspedisiyasının rəhbəri olan Duqlas Mouson tərəfindən kəşf edilmiş və ekspedisiyanı maliyyələmdirən sahibkarlardan birinin şərəfinə adlandırılmışdır.
Əraziyə Avstraliya iddia edir[3]. Ancaq 1961-ci ildə imzalanan Antarktida haqqında konvensiyaya görə əraziyə iddialar dondurulmuşdur.
1954-cü ildən bölgədə Avstraliyaya məxsus olan Mouson Antarktika stansiyası fəaliyyət göstərir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.