Mak-Merdo (Antarktika stansiyası)
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Mak-Merdo (ing. McMurdo) — Antarktida ərazisində yerləşən yaşayış məntəqəsi, liman və araşdırma mərkəzi. Stansiya ABŞ Antarktika proqramına mənsub olsa da digər dövlətlərin araşdırma proqramlarını da həyata keçirir. Ross şelf buzlağının kənarında qərarlaşır. Stansiya Yeni Zelandiyanın ərazi iddiası irəli sürdüyü bölgədə yerləşir. Stansiyadan Yeni Zelandiyaya məsafə 3500 km, Skott stansiyasına olan məsafə isə 5 km-dir. Yayda əhalisinin sayı 1 258 nəfər (1996-cı il)[1], qışda isə 150 nəfər (1999 il)[2] təşkil edir. Ancaq hazırda stabsiyada 1300 nəfər yaşayır[3][4]
Mak-Merdo | |
---|---|
ing. McMurdo | |
77°51′ c. e. 166°40′ ş. u.HGYO | |
Ölkə | Antarktida |
Tabesində | ABŞ |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 16 fevral 1956 |
İlk məlumat | 1902 |
Sahəsi | 2,5 km² |
Mərkəzin hündürlüyü | 24 m |
Əhalisi | |
Əhalisi | 1.300 nəfər (2011) |
Vikianbarda əlaqəli mediafayllar |
Stansiya yaxınlığında Robert Skottun düşərgəsi yerləşir. 1902-ci ildən Antarktidanın paytaxtı rolunu oynayır. Hazırda stansiya müasir elmi mərkəzdir. Burada 3 hava limanı, helikopterlərin eniş zolağı və 100-dən çox tikili mövcuddur. Üstəlik stansiyada cənub qütbünə yaxın mədəniyyət tikilisi olan Qar kilsəsi mövcuddur. 1960-72 illərdə materik ərazisində ilk və hələ ki yeganə atom stansiyası fəaliyyət göstərmişdir. Stansiyada yaranan nasazlıq səbəbindən fəaliyyəti dayandırılmış və reaktor San-Dieqoya göndərilmişdir. Stansiyanı yükləyən matroslar və işçilər sonucda ya xərçəng xəstəliyindən əziyyət çəkir ya da ölürdülər[5]. Hazırda atom stansiyasının yerində bürüncdən xatirə lövhəsi yerləşdirilmişdir.
Bir müddət Antarktida tarixində ilk dəfə AFAN-TV adlı televiziya kanalı fəaliyyət göstərirdi.
Stansiyanın daimi fəaliyyəti ekoloji çirklənməni artırması və Mak-Merdo — Cənub qütbü şossesi çəkilməsi böyük nararılıqlara səbəb olmuşdur.
Mak-Merdo Antarktida ərazisində yeganə yerdir ki, nümayiş keçirilmişdir. Nümayiş İraq müharibəsi ilə əlaqədar 15 fevral 2005-ci ildə stansiyanın 50 alimi və işçiləri tərəfindən təşkil edilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.