Mahodand gölü
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Mahodand gölü (puşt. د ماهو ډنډ - "Balıqlar gölü") — Pakistanın şimal-qərbində, Hayber-Paxtunxva əyalətinin Svat rayonun Kalam bölgəsindən 40 km uzaqlıqda, Uşo dərəsində yerləşən göl. Gölə hər il minlərlə turist və bayramını yaxşı keçirmək istəyən insan axışır. Göl balıqçılıq və qayıq idmanı üçün əlverişlidir.[1]
Mahodand gölü | |
---|---|
puşt. د ماهو ډنډ | |
| |
Ümumi məlumatlar | |
Tipi | Buzlaq göl |
Mütləq hündürlüyü | 2865 m |
Eni | 1200 km |
Uzunluğu | 2000 km |
Yerləşməsi | |
35°42′49″ şm. e. 72°39′00″ ş. u.HGYO | |
Ölkə | Pakistan |
Əyalət | |
Rayon |
|
Yaşayış məntəqəsi | Matiltan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Mahodand gölü Hindukuş dağlarında — dəniz səviyyəsindən 2865 metr yüksəklikdə yerləşir. Göl sulu və yaşıl çəmənliklərlə, qarlı dağlarla və sıx meşələrlə əhatə olunub. Gölün sahillərində çox hündür şam ağacları bitib, ziyarətçilər sahilindəki otlaqlardan düşərgə yeri kimi istifadə edirlər.
Mahodand gölü Hindukuş dağlarından gələn qar suları və yeraltı sular hesabına qidalanır, Svat çayının əsas sol qolu olan Uşu Xvar çayı başlanğıcını bu göldən götürür. Gölün yaxınlığında Səyfullah və Nasərullah gölləri yerləşir.
Qış dövründə Mahodand gölü buz tutur və üzəri ağır qar təbəqəsi ilə örtülür. Yayda gölün sahillərində çınqılotu, mekonopsis, qaytarma, acıçiçək kimi Alp çiçəkləri bitir. Yaxınlığında bitən hündür şam ağaclarında quşlar yuva qururlar. Göldə qızılxallı kimi balıq növləri yaşayır, bu isə burada balıqçılıq üçün əlverişli şərait yaradır, lakin ancaq lisenziyalı balıqçılar burada ov edə bilərlər.[2]
Dağlarda trekinq yürüyüşünə çıxmaq, düşərgə salmaq, balıqçılıqla məşğul olmaq istəyən turistlər gölə axışır.[3][4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.