vokal üçün musiqi bəstəsi From Wikipedia, the free encyclopedia
Mahnı — musiqi ilə müşayiət olunan şeir, mətn.[1]
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Azərbaycan musiqisinin, eləcə də digər xalq musiqiləri arasında ən çox işlənən və ən çox sevilən musiqi növü mahnıdır. Yəqin ki, mahnıların yaşı insanın, bəşər övladının yaşı ilə eynidir. Mahnının insanın danışmağa başlamasından əvvəl yaranması şübhə doğurmamalıdır: bu, sözsüz mahnılar, melodiyalar dövrü idi. Dilin, danışığın, sözün yaranmasından sonra isə sözlü mahnı, yəni şeiri müsiqi ilə ifa etməkdən yaranan söz-musiqi vəhdəti yarandı. Bu mahnıların müəllifləri həssas və istedadlı insanlar idilər.
Musiqi alətləri meydana çıxdıqdan sonra mahnı üç ölçüyə malik oldu – səs, söz və çalğı (müşayiət). Bu dövrdə mahnı müəllifləri ya müğənnilər, ya çalğıçılar, ya da bu məclislərin istedadlı, musiqi duyumlu iştirakçıları arasından çıxırdı. Mahnılar ifa oluna-oluna cilalanır, yadda qalır, sevilir, nəsildən nəsilə yol gedirdi.
Azərbaycan xalq mahnıları adlanan mahnıların müəllifi sözsüz ki "xalq" deyildi, bu mahnını ilk dəfə meydana çıxaran konkret adamlar idi. Lakin o dövrdə musiqinin kodlaşdırılması, nota alınması olmadığı üçün, səsyazma sistemi olmadığı üçün bu mahnı müəlliflərinin adı unudulur və populyarlaşan bu manhılar "xalq mahnısı" olurdular.
Qədim Yunanıstanda və İslam Şərqində musiqi riyaziyyat elminin bir qolu hesab edilirdi. Pifaqor iki simin uzunluqları arasındakı nisbətin gözəl səslənməyə səbəb olduğunu aşkar etmişdi (1:2-oktava, 2:3-kvinta,…). Orta əsrlərdə İslam şərqində musiqi nəzəriyyəçiləri bir sıra məsələlərlə yanaşı müəyyən not sistemi üzərində işlədilər. əl-Kindi (ölümü 873), əl-Fərabi (öl 950), İbn Sina (öl 1037), İbn Zəyla (öl 1048), Səfiəddin Urmavi (öl 1294), Əbdül Qadir Marağei (öl 1435) bu sahənin əsas simaları hesab olunurlar. Qeyd edək ki, əl-Fərabi türk idi, sonuncu iki musiqi nəzəriyyəçisi isə Azərbaycanlıdırlar.
Orta əsrlərdə Avropada musiqinin not yazısı ilə kodlaşdırılması, yəni çağdaş musiqi not sisteminin yaradılması musiqinin bütün növlərinin, o cümlədən mahnıların nəsildən nəsilə ötürülməsi məsələsini həll etdi. Fizikanın inkişafı nəticəsində alim və ixtiraçılar havaya göstərilən təzyiqin periodikliyi ilə musiqili səsin arasındakı əlaqəni müəyyən edə bildilər. Harmonik analiz belə yarandı. Edison tərəfindən səsin yazıya alınması və bu yazının yenidən səsləndirilməsi musiqinin inkişafında həlledici addım oldu. 19-cu əsrin axırlarından başlayaraq artıq mahnıları vallara yazmaq və patefonlarda oxutmaq mümkün oldu.
Mahnılar yenə də qədim zamanlarda olduğu kimi müğənnilər, çalğıçılar, müəyyən musiqi təhsili almış insanlar, aşıqlar və ya sadəcə güclü musiqi duyumu, istedadı olan şəxslər tərəfindən bəstələnir. Yüksək peşəkar musiqi təhsili görmüş bəstəkarlar mahnı janrına da müraciət etmişlər. Lakin onların bir qismi daha çox simfonik musiqi meyilli olmuş, digər qismi isə daha çox mahnı yazmağa meyl göstəmişlər. Səid Rüstəmov, Tofiq Quliyev, Emin Sabitoğlu kimi bəstəkarlar xalq arasında məhz bir silsilə gözəl mahnılar müəllifi kimi şöhrətlənmişlər.
Konservatoriyaya daxil olub bəstəkarlıq sinfini bitirmək hələ gözəl mahnı müəllifi olmağa təminat vermir. Konservatoriya təhsili olmaq əlbəttə ki, üstünlükdür. Lakin mahnı, melodiya insanın daxilində təbii olaraq yaranır və zümzümə ilə meydana çıxır. Sonra onun fortepianoda və ya digər musiqi alətlərində, ansambl və ya orkestrdə ifası hazırlanılır. Mahnı bəstələmək şeir yazmaq kimidir, şair olmaq üçün ədəbiyyat fakültəsi bitirmək qəti zəruri deyil. Bəstəkarlıq ixtisası üzrə təhsil almış insanların bir qismi mahnı yaza bilir, digər qismi isə bəstəkarlıq sinfi bitirməyən, amma gözəl mahnı bəstələyən şəxslərin mahnılarının musiqi tərtibatını verir, "aranjirovka" edirlər.
Tanınmış mahnı müəllifləri, mahnı bəstələyənlər arasında Hacı Hüsü, Aşıq Ələsgər, Aşıq Hüseyn Cavan, Cabbar Qaryağdı oğlu, Hüseynqulu Sarabski, Xan Şuşinski, Məşədi Cəmil Əmirov, Ələkbər Tağıyev, Əbülfət Əliyev, Əlibaba Məmmədov, Arif Babayev, İbrahim Topçubaşov, Əli Səlimi, Aşıq Pənah, Aşıq Hüseyn Saraçlı, Qulu Əsgərov, Habil Əliyev, Aşıq Qurban, Zeynəb Xanlarova, Məmmədbağır Bağırzadə, Niyaməddin Musayev, Vaqif Gərayzadə, Novruz Aslan, Nailə İsayeva, Kamaləddin Heydərov, Elçin İmanov, Dilarə Qulamova və digərlərinin adını çəkmək olar. Görkəmli xanəndələrin az qala hamısı mahnı bəstələmişlər, ifa etdikləri bəzi təsniflərin müsiqisi onların özünə məxsusdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.