Mahmud Muhiti
Uyğur hərbi lider / From Wikipedia, the free encyclopedia
Mahmud Muhiti (uyğ. مەھمۇت مۇھىتى; çin. 马木提·穆依提; pinyin: Mǎmùtí Mùyītí; Wade-Giles: Mamut'i Muit'i; 1887 – 1944, Sian), təxəlüssü Mahmud Sijan (çin. 师长 pinyin: Shīcháng; Wade-Giles: Shih-ch'ang) — Şərqi Türkistanda uyğur mənşəli hərbi xadim, general və siyasətçi. Sincan əyalətinin qubernatoruna qarşı Kumul üsyanı zamanı Niyazi Xocanının rəhbərlik etdiyi üsyançıların komandiri idi. Üsyan zamanı Sincanın yeni təyin olunmuş qubernatoru Şen Şenq Niyazi Xoca ilə barışığa nail olduqdan sonra, Muhiti 1934-cü ildə qısa müddət ərzində Qaşqar bölgəsinin Hərbi Komandanı vəzifəsini yerinə yetirmişdir. Onu bu vəzifəyə təyin edən Şenq çox keçmədən Mühitini işindən azad etdi və türk müsəlmanlarından ibarət 6-cı Uyğur Diviziyasının komandiri təyin edildi. Bu vəzifədə o, həmçinin Qaşqar bölgəsinin Hərbi Komandirinin müavini funksiyanı da yerinə yetirirdi. Muhiti Şenqin SSRİ ilə sıx əlaqələrinə qarşı çıxır və Qaşqarda ona qarşı müxalifət formalaşdırırdı. O, 1937-ci ildə Şenqə qarşı İslam üsyanını təşkil etdi və Britaniya Hindistanına qaçdı. Muhiti daha sonra Yaponiya ilə əməkdaşlığa getdi. O, işğal altındakı Çində fəaliyyət göstərdi və Yaponiya ilə müsəlmanlar arasındakı əlaqələr yaratmağa cəhd edirdi. Lakin onun səyləri nəticəsiz qaldı. Mühiti 1944-cü ildə Pekində beyninə qansızmasından sonra vəfat etmişdir.
Mahmud Muhiti Qazi | |
---|---|
uyğ. مەھمۇت مۇھىتى | |
Şəxsi məlumatlar | |
Digər adı | Mahmud Sijan |
Doğum tarixi | 1887 |
Vəfat tarixi | 1944 |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
Çin Respublikası Şərqi Türkistan İslam Respublikası Sincan Əyaləti, Çin Respublikası |
Qoşun növü | quru qoşunları |
Hərbi hissə | 36-cı Diviziya (1933) |
Xidmət illəri | 1933–1937 |
Rütbəsi | general |
Döyüşlər | Kumul üsyanı |
Vikianbarda əlaqəli mediafayllar |