From Wikipedia, the free encyclopedia
Mahmud Abbas Hilmi (ərəb. محمود عباس حلمي) - Misir Hərbi Hava Qüvvələrinin pilotu. 1964-cü ilin 19 yanvar tarixində Misir Hərbi Hava Qüvvələrinə məxsus Yak-11 təyyərsi ilə İsrail ərazisinə daxil olmuş və bu ölkənin ərazisində yerləşən aerodrom eniş etmişdir. Hilmi siyasi sığınacaq almaq məqsədi ilə Misir ordusuna məxsus təyyarəni İsrailə qaçıran ilk şəxs kimi tarixə düşüb.[1]
Mahmud Abbas Hilmi | |
---|---|
ərəb. محمود عباس حلمي | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qahirə, Misir |
Vəfat tarixi | |
Vəfat yeri | Qahirə, Misir |
Vəfat səbəbi | edam edilib |
Vətəndaşlığı | Misir |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Misir Silahlı Qüvvələri |
Qoşun növü | Misir Hərbi Hava Qüvvələri |
Rütbəsi | Kapitan |
İlkin dindirmələr zamanı Misirdə yaşamaq istəmədiyi və hökumətə müxalif olan qiyamçı hərbçilərdən biri olduğu üçün bu addımı atdığını ifadə etmişdir. Bir müddət İsraildə yaşadıqdan sonra İsrailin Argentinadakı səfirliyinin köməkliyi ilə Argentinaya qaçırılıb və saxta ad-soyadla burada yaşayıb.
Hilmi Argentinada olduğu dövrdə ailəsi ilə əlaqə saxlamağa cəhd göstərmiş və pilotun Argentinada olduğunu bilən Misir kəşfiyyatı Hilmiyə ailəsi ilə əlaqə saxlamaqda köməklik göstərmək bəhanəsi ilə pilotu Misirə qaçırmışdır. Pilot 1966-cı ilin 11 may tarixində Misirin paytaxtı Qahirə şəhərində vətənə xəyanət ittihamı əsasında edam edilib.[2]
Mahmud Abbas Hilmi 1938-ci ildə Misirin paytaxtı Qahirə şəhərində anadan olub. Ailədə özündən başqa iki bacısı və bir yaşlı anası vardı. 7 illik Misirdə mülkü uçuş təcrübəsi topladıqdan sonra karyerasını 1957-ci ildə hərbi pilot olaraq davam etdirməyə qərar verib və Misir Silahlı Qüvvələrinə tabe olan Misir Hərbi Hava Qüvvələrində xidmətə başlayıb. Pilot kimi təhsil və təcrübəyə malik olması səbəbindən qısa müddətdə Misir Hərbi Hava Qüvvələrinin sıralarında xidmətə qəbul edilib.[3]
Bacarıqlı və çalışqan pilot olması səbəbindən Misir hökuməti tərəfindən əlavə təcrübə keçmək məqsədi ilə 1959-cu ildə Çexoslovakiyaya göndərilib və burada reaktiv təyyarələrin idarə olunması kursunda iştirak etmişdir. Şimali Yəməndə başlamış vətəndaş müharibəsində Misir Hərbi Hava Qüvvələrinin pilotu kimi iştirak edib, Bilbis şəhəri yaxınlığında yerləşən Misir Hərbi Hava Qüvvələrinə məxsus uçuş Akademiyasında uçuş üzrə təlimatçı vəzifəsində çalışmışdır.
Hilmi qaçışını səkkiz həftə planladıqdan sonra, Qahirdə təşkil edilən və Ərəb Liqası dövlət başçılarının, rəsmi şəxslərinin iştirak etdiyi I ərəb sammiti zamanı qaçmağa qərar verir. Pilot hesab edirdi ki, həmin vaxt qaçış üçün ən münasib vaxtdır, çünkü ölkədə çoxlu xarici qonaqlar olduğundan və ordu birləşmələri qonaqların təhlükəsizliyi ilə bağlı məsələlərə cəlb edildiyindən gözdən yayınmaq asan olacaq.
Yak-11 təyyarəsinin böyük yanacaq çəninin olduğunu və havada daha çox qala biləcəyini bildiyi üçün qaçışını Yak-11 modelli təyyarə ilə icra etmişdir. Uçuş təlimatçısı olduğundan təyyarənin saxlanıldığı anbara rahatlıqla girib, oradan havalana bilmişdi. Hərbi aerodromun əməkdaşlarına təlim uçuşuna getdiyini bildirən pilot 1964-cü ilin 19 yanvar tarixində havaya qalxır və İsrail istiqamətində uçmağa başlayır.[4]
Havada olan digər misiri pilotlar əvvəlcə pilotun səhvən İsrail ərazisinə doğru uçduğunu güman edib, ona xəbərdarlıq atəşi açmış və Misir-İsrail sərhədinə qədər pilotu təqib etmişdilər. Hilminin İsrail ərazisinə daxil olduğunu gördükdən sonra digər iki misirli pilot geri qayıtmışdılar.
İsrail HHQ-si 19 yanvar tarixində ölkə sərhəddinə yaxınlaşan üç təyyarənin yaxınlaşdığını və təyyarədən ikisinin sonradan geri qayıtdığını qeydə alır. Dərhal İsrail tərəfdən havaya iki təyyarə qaldırıldı və pilotu qarşılayan İsrail pilotları şassinin açıq olduğunu gördükdə pilotun enişə hazırlaşdığını anlayıb atəş açmadılar. Beləliklə pilotun Misirdən İsrailə Misir Hava Qüvvələrinə məxsus təyyarə ilə qaçış planı uğurla başa çatır. Hazor hərbiləşdirilmiş aerodromuna eniş edən pilot təyyarədən enmir və israilli rəsmilərin gəlişini gözləyir.
Təyyarəyə yaxınlaşan israilli hərbçilər ilk olaraq Hilmiyə ingiliscə bilib-bilmədiyini soruşurlar və pilot bildiyini və öz xoşu ilə İsrailə gəldiyini bəyan edir. Hərbi bazadakı zabitlər klubunda nahar etdikdən sonra həmin günün axşamı misirli pilot İsraildəki telekanlların önünə çıxarılır və ictimaiyyətə təqdim olunur. Hilmiyə istədiyi suala cavab vermək və ya verməmək şansı tanınır. Pilot Misirdəki vəziyyətdən şikayət edərək dövlət və hərbi rəhbərlikdən narazı olduğunu və dönəmin Misir prezidenti Camal Əbdül Nasirin siyasəti ilə razılaşmadığı, qiyamçı hərbçilərlə yaxınlığını olduğu üçün bu addımı atdığını bəyan edir.[5]
Pilota ünvanlanan İsrail dövlətində yaşayıb-yaşamaq barədəki suala isə Hilmi cavab verməmişdir. İsraildə yaşadığı dövrdə Hazor hərbiləşdirilmiş aerodromunda yaşamağa davam etmiş və İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yitzak Rabin tərəfindən mütamadi şəkildə ziyarət edilmişdir.[6]
Pilotun qaçması dünya mediasında geniş əks səda doğurmuşdu. ABŞ-da fəaliyyət göstərən yayım stansiyaları, Fransa dövlət radiosu və bir çox xəbər agentlikləri hadisə haqqında xəbərlər hazırlamış və hər dəfə yeni detalları əldə etdikcə xəbərləri təkrarlamışdılar. Fransa qəzetlərində çıxan xəbərlərə görə pilot Yəməndə baş vermiş vətəndaş müharibəsində iştirak etmək istəmədiyi üçün bu addımı atmış və İsraildən siyasi sığınacaq tələb etmişdir. Misirin hadisə ilə bağlı ilk reaksiyalardan biri Misir Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin pis hava şəraiti səbəbindən azaraq həmin vaxt düşmən hesab olunan ölkənin sərhədlərinə daxil olduğu yönündə idi.[7]
Hilmi təxminən 6 ay İsraildə yaşadığı müddətdə ispan dilini instensiv şəkildə öyənir. Pilot hesab edirdi ki, mülki pilot kimi təcrübəsi olduğundan Latın Amerikası ölkələrinin birində rahatlıqla iş tapa biləcək. İsrail dövləti pilot üçün yeni passport hazırlayıb onu Argentinaya göndərmişdir. Pilotun İsrailə qaçması, geniş müsahibələr verməsi və İsraildə gördüyü ədalətli rəftar kimi faktorlar Misirin nüfuzuna böyük ziyan vurmuşdur. Misirdə insanlar odunun prestijinin zədələndiyini və Misir Hərbi Hava Qüvvələrinin pilotlarının nüfuzuna ciddi ziyan dəydiyini düşünürdülər.[8]
Buna görə də Misir hökuməti pilotun olduğu yeri tapmaq üçün müxtəlif kanallar vasitəsi ilə Argentinadada fəaliyyət göstərmiş və onu izləmişdir. Ehtimal olunur ki, pilot vətənindəki valideynləri ilə əlaqə saxlayaraq sağ olduğunu bildirməyə çalışıb, kəşfiyyat bunu müəyyən edib. Pilot Argentinada oğurlandı və ölkəsinə gətirildi. Misir qəzetləri isə onun guya könüllü surətdə Buenos Ayresdəki səfirliyə təslim olduğunu yazdılar. 1964-cü ilin 27 iyul tarxində Qahirə radiosunun ivrit dilindəki şöbəsinin dərc etdiyi xəbərdə pilotun öz təşəbbüsü ilə Misirə qayıtmaq istədiyini və ona bununla bağlı köməklik göstərildiyi elan edilmişdir.[9]
Misirə gətirildikdən qısa müddət sonra vətənə xəyanətdə ittiham olunaraq qapalı keçirilən məhkəmə prosesinin hökümunə əsasən edam cəzasına məhkum edilmişdir. 1966-cı ilin 11 may tarixində Qahirədə, saxlanıldığı həbsxanada asılaraq edam edilib.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.