Məhabad Cümhuriyyəti
From Wikipedia, the free encyclopedia
Məhabad Cümhuriyyəti (kürd. Komarî Mehabad) və ya Kürdüstan Milli Hökuməti[1] — 1946–1947-ci illərdə mövcud olmuş kürd dövləti. Məhabad Cümhuriyyəti 1946-cı ilin 22 yanvarında SSRİ-nin dəstəyi nəticəsində yaradılmışdır. BMT tərəfindən tanınmayan Məhabad Cümhuriyyəti, 1947-ci ilin 30 mart tarixində dağılmışdır. Cümhuriyyət 13 nazirdən təşkil olunmuş komitə tərəfindən idarə olunurdu. Qazı Məhəmməd Məhabad Cümhuriyyətini ilk və tək dövlət başçısı olmuşdur. Məhabad Cümhuriyyətinin paytaxtı Məhabad şəhəri olmuşdur. Cümhuriyyətin adı da elə bu şəhərdən götürülmüşdür.
Cəld faktlar Paytaxt, Rəsmi dilləri ...
Demokratik Respublika | |||||
Məhabad Cümhuriyyəti | |||||
---|---|---|---|---|---|
كوماری مهاباد | |||||
|
|||||
Himn: Ey Reqîb (Azərbaycanca: "Ey Düşmən") |
|||||
|
|||||
Paytaxt | Məhabad | ||||
Rəsmi dilləri | Kürd dili | ||||
Ərazisi | 37.437 km² | ||||
İdarəetmə forması | təkpartiyalı sistem | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Bağla