From Wikipedia, the free encyclopedia
Madər Ələsgər oğlu Musayev (26 noyabr 1947, Bakı – 14 iyul 2023) — Azərbaycan Respublikasının Milli Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı (1995–2023), Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı (1991–1995).
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Madər Musayev | |
---|---|
24 noyabr 1995 – 14 iyul 2023 | |
Seçki dairəsi | 1995, 2000 — 23 saylı Binəqədi–Qaradağ 2005, 2010, 2015, 2020 — 10 saylı Binəqədi üçüncü |
5 fevral 1991 – 12 noyabr 1995 | |
Seçki dairəsi | 16 nömrəli Binəqədi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 noyabr 1947 |
Doğum yeri | |
Vəfat tarixi | 14 iyul 2023 (75 yaşında) |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Madər Ələsgər oğlu Musayev 26 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. Moskva Koperativ İnstitutunun Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirmişdir. 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləmişdir. 1986–1995-ci illərdə "Bahar" ticarət mərkəzinin müdiri vəzifəsində çalışmışdır.[1]
Azərbaycan Respublikasının Milli Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı və Azərbaycan Ali Sovetinin XII çağırış deputatı olmuşdur.
Madər Musayev 14 iyul 2023-cü ildə ağciyər və böyrək çatışmazlığından[2] vəfat etmişdir.[3] Binəqədi rayonu kənd qəbiristanlığında dəfn edilmişdir.[4]
Evli və 3 övladı var idi.
"Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilmişdir.[5]
25 noyabr 2022-ci ildə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib[6]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.