![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/7d/V%25C3%25A4nrikki_Stoolin_tarinat_3.jpg/640px-V%25C3%25A4nrikki_Stoolin_tarinat_3.jpg&w=640&q=50)
Maamme
From Wikipedia, the free encyclopedia
Bizim diyar (fin. Maamme, isv. Vårt land) – Finlandiyanın dövlət himni. Musiqisi alman immiqrant Fredrik Paçiusa aid olan himnin isveç dilindəki original sözləri İohan Lüdviq Runeberqə məxsusdur. Himn bu musiqinin sədaları altında ilk dəfə 1848-ci il 13 mayda ifa olunub.[1] Əslində bu sözlər Porvoonun 500 illiyi üçün yazılmışdı. Yubileydə çalınacaq və bu sözləri müşayiət edəcək musiqini də Runeberq məhz özü bəstələmişdi.[2]
Cəld faktlar fin. , isv. Vårt land, Bəstəkar ...
fin. Maamme, isv. Vårt land | ||||
---|---|---|---|---|
Bizim diyar | ||||
![]() “Maamme”nin fin dilində olan tərcüməsinin ilk bəndi | ||||
![]() |
||||
Bəstəkar | Fredrik Paçius | |||
Sözlərin müəllifi | İohan Lüdviq Runeberq, 1848 | |||
Audio nümunəsi | ||||
|
||||
![]() |
Bağla
"Bizim diyar"ın melodiyası eyni zamanda Estoniyanın “Ata yurdum, xoşbəxtliyim və sevincim” (est. Mu isamaa, mu õnn ja rõõm) adlı himninin musiqisi kimi istifadə olunub.[3]