Göyçay şəhərinin mərkəzində yerləşən İslam dini abidəsi From Wikipedia, the free encyclopedia
Göyçay şəhər Mərkəzi Cümə məscidi — Göyçay şəhərinin mərkəzində yerləşən İslam dini abidəsi. Məscid Şirvan-Abşeron memarlıq məktəbi üslubunda 1906-cı ildə tikilmişdir.[1]
Mərkəzi Cümə məscidi | |
---|---|
Göyçay şəhər Mərkəzi Cümə məscidi | |
| |
Ölkə | Azərbaycan |
Yerləşir | Göyçay şəhəri, Nəriman Nərimanov küç. |
Aidiyyatı | Qafqaz Müsəlmanları İdarəsi |
Tikilmə tarixi | 1906 |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Minarələri | 1 |
Günbəzləri | 1 |
Rəsmi sayt | www.qafqazislam.com (az.) (ing.) (rus.) |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Göyçay şəhəri Mərkəzi Cümə məscidinin qədim tarixi var. 1764-cü ilə qədər bu məkanda ətrafında heyva ağacları olan pir-qəbir olmuşdur. Bu səbəbdən yerli əhali tərəfindən bura “heyvalıq” da deyilərmiş.[1]
1764-cü ildə bir tacir burada 10-12 nəfərin namaz qılması üçün hücrə tikdirmiş və hücrə girişində qapı qoydurmuşdur. Buradan karvan keçərkən insanlar namaz qılar və yaxud gecə qalarmışlar.
1898-ci ildə əhalinin çoxluğuna görə məscidin tikilməsi qərara alınmışdır. 1906-cı ildə məscid istifadəyə verilmişdir. Məscid 150-200 nəfərlikdir. Tarixi “Heyvalı” məscidi kimi tanınan Mərkəz məscidinin girişində karvansara tikilmişdir. Məscid naməlum şəxslər tərəfindən 1924-cü ildə yandırılmış, həmin ildə yenidən bərpa edilmişdir. 1924-30-cu illərdə Pedaqoji məktəb kimi fəaliyyət göstərmişdir. 1955-ci ildən sonra orta məktəb olmuşdur. Bir neçə dəfə məscidin yerində tikilmiş 4 saylı məktəb yanğına məruz qalmışdır.[1]
6 aprel 2000-ci ildə yenidən bərpa üçün təməli atılmış Mərkəz məscidi 27 sentyabr 2002-ci ildən ibadətə açılmışdır.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.