Məhəmməd Yusif Qəzvini
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Məhəmməd Yusif Qəzvini (1609-?) —Mirzə Hüseyn xan Qəzvininin oğlu, Azərbaycanın XVII-XVIII əsr şair, xəttat və tarixçisi
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Məhəmməd Yusif Qəzvini | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Qəzvin, İran |
Vəfat yeri | İran |
Vətəndaşlığı | İran |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | Şair, tarixçi, xəttat |
Əsərlərinin dili | Azərbaycan dili, Fars dili |
Məhəmməd Yusif Qəzvini «Tarix-i Abbasi» əsərinin müəllifi Məhəmməd Tahir Vəhidin kiçik qardaşıdır. Məhəmməd Yusif h. 1043 (1638-39)-cü ildə I Şah Səfi sarayında toçih dəftərini yazan, 1646-cı ilin mart ayından II Şah Abbasın Məşhəd dəftərxanasının münşisi, h. 1062 (1651-52)-ci ildən ömrünün sonuna kimi Qumda topxana karxanasının vəziri vəzifəsində işləmişdir. H. 1103 (1691-92)-cü ildə həmin vəzifədə işlərkən «Xoldebərin» əsərinin VIII cildinin VII hədiqəsi orijinal hesab oluna bilər. Çüiki müəllif həmin hissədə bəhs olunan tarixi hadisələrin iştirakçısı və ya müşahidəçisi olmuĢdur. Müəllif bir sıra fərman və hökmləri özü yazmışdır.
Məhəmməd Yusif Qəzvini Müvərrix XVII əsrin sonlarında vəfat etmiş saray tarixçisi idi. Məhəmməd Yusif «Xulde-barin» («Əbədi cənnət») adlı ümumtarix əsərinin müəllifidir. 8 hissədən ibarət olan bu əsərin son hissəsi Səfəvilər hakimiyyəti tarixinə həsr edilmiş, hadisələrin təsviri 1694-cü ilədək aparılmışdır.
Məhəmməd Yusifin hansı ildə vəfat etdiyi il hələlik bizə məlum deyildir. Tarixçi alim və şair olan «Baleh» təxəllüslü Məhəmməd Yusifin «Xolde bərin» əsərində Azərbaycan tarixi haqqında, o cümlədən yerli hakimlər haqqında elə məlumatlar vardır ki, başqa mənbələrdə onlara təsadüf olunmur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.