Müstəmləkə kollecləri
From Wikipedia, the free encyclopedia
Müstəmləkə kollecləri — Amerika Birləşmiş Ştatları müstəqillik qazanana qədər, müstəmləkə dövründə yaranan ali məktəblər.
Müstəmləkə kolleclərinin yeddisi ən nüfuzlu özəl Amerika universitetlərinin daxil olduğu Sarmaşıq Liqasına daxildirlər. Bu yeddi kollec bunlardır: Harvard Universiteti, Yel Universiteti, Pensilvaniya Universiteti, Prinston Universiteti, Kolumbiya Universiteti, Braun Universiteti və Dartmut Kolleci (liqanın səkkizinci üzvü — 1865-ci ildə yaradılmış Kornell Universiteti).
İki müstəmləkə kolleci hal-hazırda ictimai universitet olduqlarına görə bu liqaya daxil deyillər. Bunlar — Uilyam və Meri kolleci və Ratqers Universitetidir. Uilyam və Meri kolleci 1693-cü ildən ABŞ-də vətəndaş muharibəsinədək özəl məktəb idi, sonradan dövlətdən dəstək aldı, 1906-cı ildə ictimai universitet oldu. Ratgert universiteti İkinci Dünya müharibəsindən sonra statusunu dəyişdi.