From Wikipedia, the free encyclopedia
Münəvvər Səməd qızı Kələntərli (21 dekabr 1912, Lənkəran, Lənkəran qəzası – 5 fevral 1963, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR əməkdar artisti (1940).
Münəvvər Kələntərli | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Lənkəran, Lənkəran qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | şəkərli diabet |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | Aktrisa |
Fəaliyyət illəri | 1933–1963 |
Mükafatları | |
IMDb | ID0435520 |
Münəvvər Kələntərli 1912-ci ildə Lənkəranda anadan olub. Təhsilini Lənkəranda alan aktrisa 17 yaşında ikən Bakıya gəlib. Gözəl səsə sahib olan Münəvvər Kələntərli qardaşı Haşım ilə birgə konsertlərdə xalq mahnılarını, "Aman nənə", "Kişmiri şal" və "Lolo" kimi el nəğmələrini ifa edirdi. Eyni zamanda tarzən Qurban Pirimovun, kamançaçı Qılman Salahovun və qarmonçalan Teymur Dəmirovun müşayiəti ilə muğam da oxumuşdur. Bundan xəbər tutan bəstəkar Müslüm Maqomayev 1933-cü ildə onu Opera Teatrına dəvət edir və beləliklə də Münəvvər Kələntərli 1933-cü ildən etibarən səhnə fəaliyyətinə başlayır.[1]
Opera Teatrında səhnə fəaliyyətinə başlayan Münəvvər Kələntərli Ü.Hacıbəylinin "Leyli və Məcnun" operasında Leyli və Leylinin anası, "Əsli və Kərəm"də Əsli, "O olmasın, bu olsun"da Sənəm obrazlarını yaratmışdır. Öz arzusu ilə fəaliyyətini Musiqili Komediya Teatrında davam etdirən aktrisa burada F.Əmirovun "Gözün aydın", S.Ələsgərovun "Ulduz", T.Quliyevin "Qızıl axtaranlar", S.Rüstəmovun "Durna", A.Rzayevin "Aya səyahət" və başqa tamaşalarda uğurla çıxış etmişdir.[1]
Münəvvər Kələntərli kino sənətinə Böyük Vətən müharibəsi illərində çəkilməyə başlayan, 1945-ci ildə ekranlara çıxan və dünyanın 136 ölkəsində nümayiş etdirilən "Arşın mal alan" filmində canlandırdığı Cahan xala roluyla başlayıb. Bu filmin çəkilməsi o zaman bütün Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edirdi. "Arşın mal alan"ın çəkilişlərinə ermənilərin Üzeyir bəyin bu məşhur əsərini mənimsəməyə cəhd etdikləri bir vaxtda Stalinin icazəsiylə başlanır.[1]
Kinoya Cahan xala obrazı gələn Münəvvər Kələntərli ilk debütündə uğur qazanır. Filmə 1946-cı ildə Moskvada ictimai baxış keçirilir və "Arşın mal alan" SSRİ Dövlət Mükafatına layiq görülür. Bu filmdən sonra aktrisa "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi 10-dan çox bədii filmə, bir sıra qısametrajlı və sənədli filmlərə çəkilib. Onun kinostudiyada oynadığı rollar həmişə bir dubla çəkilmişdir. Ona görə də Adil İsgəndərov deyərmiş ki, Mina, bu camaat (çəkildiyi filmlərin rejissorlarını, rejissor assistentlərini, operatorları nəzərdə tuturdu) ən çox səninlə istirahət edir. Münəvvər Kələntərli 1953-cü ildə "Vətən" kinoteatrına direktor müavini təyin olunur. Bundan sonra teatrdan çıxır, ancaq filmlərə çəkilir.[1]
Münəvvər Kələntərli daha sonra "Bəxtiyar" musiqili filmində Gülzar xala, "Əmək və qızılgül"də Daqmaranın anası Sonu, "Qızmar günəş altında"da Gülbahar nənə, "Görüş"də Münəvvər, "O olmasın, bu olsun"da Yengə, "Kazbek qutusu"nda Məlikovun hikkəli arvadı, "Kölgələr sürünür"də Məsmə, "Yeni il gecəsi"ndə ev sahibəsi rollarında oynayıb. Əməkdar artist 1953-cü ildə "Vətən" kinoteatrına direktor müavini təyin olunmuşdur. Bundan sonra teatrdan çıxmış, ancaq filmlərə çəkilmişdir.[1]
Münəvvər Kələntərli 5 fevral 1963-cü ildə 51 yaşında dünyasını dəyişib.[1][2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.