From Wikipedia, the free encyclopedia
Möhsün Sədr (1871[1], Məhəllat, Mərkəzi ostanı – 19 oktyabr 1962, Tehran) — İranın baş baziri.
1945-ci ilin iyununda Güney Azərbaycanda İşlər ciddiləşdi. İranda yeni hökumət böhranı dərinləşməyə başladı. Bir tərəfdən İbrahim Həkimi hökuməti istefa vermişdi, digər tərəfdən yeni təyin edilmiş Baş kazir, 70 yaşlı Möhsün Sədr (Sədr-ül-Əşrəf) Məclisdən etimad ala bilməmişdi. Məclisin müxalifət azlığı və Xalq Partiyası Baş Nazir vəzifəsinə Möhsün Sədrin namizədliyini müdafiə etmirdilər. Onlar Sadri irticaçı şəxslərdən biri hesab edirdilər. Seyid Ziya tərəfdarlarının və Məclisdə müxalifət çoxluqunun ciddi cəhdlərinə baxmayaraq Məclisdən etimad almaq məsələsi iki aya qədər yubandı. Əşrəf Sədr Rza şah dövründə Ədliyyə naziri işləmişdi. Onun dövründə Mazandaran düzənliyinin Rza şaha verilməsi hüquqi cəhətdən əsaslandırılmışdı. O, Məhəmmədəli şah dövründə Qanuni Əsası və demokratiya uğrunda mübarizə aparıb Rusiyanın köməkliyi ilə həbs edilmiş demokratların istintaq işini aparmışdı. Məhz Sədrin köməkliyi ilə həbs olunanların çoxu Bahi Şahda (Tehrandakı şah bağında) güllələnmişdi.
1945-ci ilin baharında Məhəmmədrza şah Pəhləvinin dəstəyi ilə baş nazir vəzifəsinə gəlmiş Möhsün Sədr (Sədrəl-əşrəf) öz kabinə üzvləri ilə birlikdə şahın sarayında təşkil olunmuş görüşdə iştirak etmiş, Azərbaycandakı vəziyyət xüsusi müzakirə olunmuşdur. Bu görüşdə Azərbaycandakı siyasi duruma qarşı tədbirlər paketi hazırlanmışdı. Bu tədbirlərdən birincisi bu oldu ki, Azərbaycan xalqına qarşı qəddarlığı və şovinist əhval-ruhiyyəsi ilə fərqlənən Möhtəşəmi Təbrizə vali təyin edildi. Möhtəşəminin Təbrizə gəlişi ilə əlaqədar Təbrizdə və Azərbaycanın digər yerlərində siyasi vəziyyət daha da kəskinləşdi. Dövlət məmurlarının, jandarma və polis qüvvələrinin azadlıq istəyən milli qüvvələrə qarşı zorakılıq və özbaşınalığı həddini aşdı. Qacarlar hakimiyyəti dövründə İranın say-seçmə əyələtləri sayılan Təbriz, Urmiya, Ərdəbil və s. Pəhləvi xanədanlığı dövründə məmləkətin hər cəhətdən geri qalmış ucqarlarına çevrilmişdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.