Lüksemburq dili (öz dilində adı — Lëtzebuergesch) — Lüksemburq əhalisinin gündəlik danışıqda istifadə etdiyi dillərdən biri (fransızalman dilləri ilə yanaşı). 1984-cü ildə rəsmi dil statusu alıb.

Cəld faktlar Orijinal adı, Ölkələr ...
Lüksemburq dili
Orijinal adı Lëtzebuergesch ['lətsəbuərjəʃ]
Ölkələr Lüksemburq, Belçika, Fransa, Almaniya
Regionlar Saarland
Rəsmi status Lüksemburq
Danışanların ümumi sayı 300 min
Təsnifatı
Kateqoriya Avrasiya dilləri

Hind-Avropa dilləri

German dilləri
Qərbi german dilləri
Yuxarı alman dilləri
Yazı latın əlifbası
Dil kodları
QOST 7.75–97 люк 409
ISO 639-1 lb
ISO 639-2 ltz
ISO 639-3 ltz
Dilin strukturlarının dünya atlası lux
Ethnologue ltz
Linguasphere 52-ACB-db
ABS ASCL 1302
IETF lb
Glottolog luxe1244
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Təsnifatı

Lüksemburq dili Hind-Avropa dilləri ailəsinin german dilləri qrupuna daxildir. Alman dialektologiyasında bu dil mozel-frank dilaketinə aid (yuxarı alman yarımqrupuna daxil olan orta alman qrupu) qərbi alman, orta alman mədəni dialekti kimi təsnifatlandırılır.

Amma, Lüksemburq dilinin ayrı dil kimi təsnifatlandırılmasının əsas səbəblərindən biri ana dili standart alman dili (yuxarı alman dili — Hochdeutsch) olanların bu dili başa düşmələrində çətinlik çəkmələridir.

Lüksemburq dilinin bir sıra dialektləri də mövcuddur:: Areler, Eechternoocher, Kliärrwer, Miseler, Veiner, Weelzer və s. Qərbdən şərqə doğru Lüksemburq dili digər mozel-frank dialekləri ilə əvəz olunur.

Coğrafi arealı

Dünyada 300 min nəfər Lüksemburq dilində danışır. Onlardan 250 mini Lüksemburqda (Böyük Lüksemburq Hersoqluğu) yaşayır.

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.