From Wikipedia, the free encyclopedia
Lokomotiv (Bakı) — Azərbaycanda mübarizə aparan qadınlardan ibarət voleybol klubu. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin voleybol klubuna böyük töhfələr vermişdir. 2002-ci ildən etibarən Voleybol üzrə Azərbaycan Superliqasında mübarizə aparır. Komandanın sponsoru "Acıbadem" şirkətidir.[1]
Lokomotiv | |||
---|---|---|---|
Ölkə | |||
Şəhər | Bakı | ||
Ləqəb(lər) | Dəmiryolçular | ||
Rəng(lər) | açıq göy | ||
Yaranma tarixi | 1998 | ||
Meydança | Azərbaycan Voleybol Mərkəzi | ||
Tutumu | 2000 | ||
Prezidenti | Rəşad Abbasov | ||
Baş məşqçisi | Klaudio Kuello | ||
Liqa | Azərbaycan Superliqası | ||
2013-2014 | 5 | ||
|
|||
Rəsmi saytı | |||
Vikianbarda əlaqəli mediafayllar |
"Lokomotiv" Voleybol Klubu, 2008-ci ildə təsis edilmişdir[2]. Bu komandanın əsası isə 1998-ci ilə qədər gedib çıxır.
Komanda 2009–2010-cu illər mövsümündə, Azərbaycan Superliqası yarışlarında 2-ci yerə layiq görülmüş və Çağırış Kuboku turnirində çıxış etmək üçün haqq qazanmışdır. 2009–2010 cu illər mövsümündə sözügedən Avropa Çempionatının ilk mərhələsində İsrailin "Raanana" komandasını hər iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdıran "Lokomotiv", növbəti mərhələdə daha təcrübəli rəqib sayılan, Polşanın "Gvardia Vroclav" Voleybol Komandası ilə başabaş və əzimkar mübarizə aparmağına baxmayaraq, bu dəfə sevinən tərəf Polşa təmsilçisi olmuşdur.
Qarşısına daha böyük məqsədlər qoyan "Lokomotiv", növbəti, 2010–2011-ci illər mövsümündə heyətini Kristin Riçards, Nikol Deyvis, Nansi Metkalf (hər üçü ABŞ) Kremena Kamenova, Mariya Filipova (hər ikisi Bolqarıstan) kimi voleybolçular ilə gücləndirməklə yanaşı, komandaya baş məşqçi qismində, sloveniyalı təcrübəli mütəxəssis Dragutin Baltiçi dəvət etmişdir. Klub rəhbərliyinin apardığı uğurlu transfer siyasəti öz müsbət nəticələrini vermiş, belə ki, 2010–2011-ci illər mövsümündə, Lokomotiv Voleybol Klubu Azərbaycan Çempionatının Super Liqa yarışlarının bürünc mükafatçısı olmaqla yanaşı, həm də, Avropa Çağırış Kubokunda uğurlu çıxışı ilə yadda qalmışdır. Belə ki, sözügedən mövsümdə, Lokomotiv Voleybol Klubu Challange Cup beynəlxalq turnirində Rusiya təmsilçisi Omiçka, Avstriya təmsilçisi Askö Linz Steg, Kipr təmsilçisi Apollon Limassol, və Azərbaycanın güclü voleybol klublarından sayılan İqdisadçı voleybol komandalarını mübarizədən kənarlaşdıraraq, Challange Cup turnirinin final mərhələsinə adlamış, yalnız finalda Azərreylə yenilən "Lokomotiv", sözügedən mötəbər turnirin gümüş medalına layiq görülmüşdür.
2011–2012-ci illər mövsümünü isə "Lokomotiv" Voleybol Klubu sözün əsl mənasında, Avropanın və Dünyanın voleybol aləminə böyük əks-səda salmışdır. Belə ki, komanda, Azərbaycan Çempionatının Super Liqa yarışlarının gümüş medallarına layiq görülməklə yanaşı, həm də, Avropa Çağırış Kuboku (CEV Challange Cup) beynəlxalq turnirində, Xorvatiyanın "ZOK Split", Belçikanın "Gent", Serbiyanın "OK Vizura Beograd", Macarıstanın "Vaşaş Budapeşt", Çexiyanın "VK KP Kralovo Pole Brno" voleybol komandalarını mübarizədənb kənarlaşdıran "Lokomotiv", final mərhələsində Azərbaycan təmsilçisi "Bakı" voleybol klubunu da üstələyərək, sözügedən türnirin qızıl medallarına layiq görülmüş və tarixində ilk dəfə olaraq, Avropa Çağırış Kubokunu başı üzərinə qaldırmışdır. Sonda turnirin Ən Dəyərli Oyunçusu da Dəmiryolçulardan olmuşdu. Komandanın kapitanı Nansi Metkalf göstərdiyi möhtəşəm oyunla layiqli şəklidə bu ada sahib olmuşdu.[3]
2012–2013-cü illər mövsümündə isə, "Lokomotiov" Voleybol Klubu, Avropanın daha mötəbər turniri sayılan və komandaların güc səviyyəsinə görə daha çox fərqlənən CEV Qadınlar Çempionlar Liqası turnirində ilk debütünü etmişdir. Stardaca Lokomotiv uğurlu çıxış edə bilmişdir. Belə ki, Avropanın klublararası çempionatının ən mötəbər yarışması olan CEV Çempionlar Liqasında debüt edən Lokomotiv, qrup mərhələsində Rusiyanın Dinamo Moskva, Polşanın Bank BPS Fakro Muszyna və Serbiyanın Srvena Zvezda kimi güclü klubları arxada qoyaraq, qrup mərhələsini 1-ci yerdə tamamlamış və pley-off mərhələsinə yüksəlmişdir. Yalnız bu mərhələdə avrokuboklarda qəniminə çevrilən Azərreylə məğlub olmuşdu.
Lokomotiv 2013–14 mövsümündə böyük enişə keçmişdi. Belə ki, bu mövsümdə CEV Kubokunda son səkkizə qala bilməyən komanda[4] Azərbaycan Superliqasında da ilk dördə girənməmiş və pleyoffa da vəsiqə qazana bilməmişdi.[5]
"Lokomotiv " Voleybol Klubu uşaq voleyboluna da böyük diqqət ayırır. Klubun Biləcəri qəsəbəsində yerləşən təlim-məşq bazasında müxtəlif yaş qruplarına bölünmüş, 40-dan çox uşaq və yeniyetmələr voleybolun sirrlərini öyrənir və gələcəkdə yerli idmançıların aşkarlanmasında təcrübəli mütəxəssislər "Lokomotiv" təlim-məşq bazasında gərgin iş aparırlar. Təbii ki, məqsəd təkcə "Lokomotiv" Voleybol Klubuna yerli idmançıları cəlb etmək deyil, həm də Azərbaycan milli komandasına daha çox yerli voleybolçuların cəlb edilməsidir.[6]
2013–14 mövsümü üçün[7]
Nömrə | Oyunçunun adı | Mövqeyi | Doğum tarixi | Ölkəsi |
1 | Gizem Giraygil | Ötürücü | 1986 | Türkiyə |
2 | Ariel Vilson | Blokçu | 1989 | ABŞ |
3 | Mariya Filipova | Libero | 1982 | Bolqarıstan |
4 | Sa-Nee Kim | Toppaylayıcı | 1981 | Cənubi Koreya |
5 | Viera Klimoviç | Blokçu | 1988 | Belarus |
7 | Valdone Petrauskaite | Diaqonal | 1984 | Litva |
8 | Aleksis Krimes | Blokçu | 1986 | ABŞ |
9 | Lauren Qibbemeyer | Blokçu | 1988 | ABŞ |
11 | Kassidi Liçtman | Hücumçu | 1989 | ABŞ |
13 | Katarina Barun | Diaqonal | 1989 | Xorvatiya |
14 | Prisilla Rivera | Hücumçu | 1984 | Dominikan Respublikası |
16 | Aleksandra Samoylova | Hücumçu | 1987 | Rusiya |
17 | Anna Qrbaç | Toppaylayıcı | 1988 | Xorvatiya |
18 | Suzana Cebiç | Libero | 1985 | Serbiya |
Mövsüm | Turnir | Mərhələ | Rəqib | I oyun | II oyun | Qızıl set | Nəticə |
---|---|---|---|---|---|---|---|
2009/2010 | Çağırış kuboku | I mər | Raanana VBC | (s)3:2 | (e)3:0 | 2–0 | |
II mər | Impel Gwardia | (s)1:3 | (e)3:2 | 1–1 | |||
2010/2011 | Çağırış kuboku | II mər | Omiçka Omsk | (s)2:3 | (e)3:0 | 2–0 | |
1/16 final | Linz-Steg | (s)3:0 | (e)3:0 | 2–0 | |||
1/8 final | Apollon Limassol | (e)3:0 | (s)3:0 | 2–0 | |||
1/4 final | Schweriner SC | (e)3:0 | (s)3:2 | 2–0 | |||
1/2 final | Igtisadchi Baku | (s)3:0 | (e)2:3 | 1–1 | |||
Final | Azerrail Baku | (e)1:3 | (s)1:3 | 0–2 | |||
2011/2012 | Çağırış kuboku | II mər | Vaşaş Budapeşt | (s)3:0 | (e)3:0 | 2–0 | |
1/16 final | Split | (s)3:0 | (e)3:0 | 2–0 | |||
1/8 final | Vizura Belqrad | (e)3:1 | (s)3:0 | 2–0 | |||
1/4 final | Kralove Pole Brno | (s)2:3 | (e)3:0 | 1–1 | |||
1/2 final | Gent Dames | (s)3:0 | (e)3:0 | 2–0 | |||
Final | Azəryol Bakı | (s)3:2 | (e)2:3 | (e)1:0 | 2–1 | ||
2012/2013 | CEV Çempionlar Liqası | Qrup mər | Srvena Zvezda | (s)3:2 | (e)3:0 | 2–0 | |
Qrup mər | Dinamo Moskva | (e)3:0 | (s)2:3 | 1–1 | |||
Qrup mər | Fakro Muszyna | (s)3:1 | (e)3:2 | 2–0 | |||
1/6 final | Azərreyl | (s)0:3 | (e)0:3 | 0–2 | |||
2013/2014 | CEV Kuboku | 1/16 final | Kralovo Pole | (e)3:0 | (s)3:0 | 2–0 | |
1/8 final | Hapoel Kfar Saba | (e)3:0 | (s)3:0 | 2–0 | |||
1/4 final | Muszyna | (s)0:3 | (e)2:3 | 0–2 | |||
2014/2015 | CEV Kuboku | 1/16 final | Rote Raben | (s)3:0 | (e)3:1 | 2–0 | |
1/8 final | Srvena Zvezda | (s)3:0 | (e)3:1 | 2–0 | |||
1/4 final | Dinamo Krasnodar | (e)3:0 | (s)0:3 | (s)0:1 | 1–2 | ||
2015/2016 | CEV Çempionlar Liqası | Qrup mər | Dinamo Kazan | (s)1:3 | (e)3:0 | 1–1 | |
Qrup mər | Azərreyl | (e)3:1 | (s)3:1 | 2–0 | |||
Qrup mər | Allianz Stuttgart | (e)3:0 | (s)1:3 | 1–1 | |||
1/6 final | Voléro Zürichl | (e)3:2 | (s)1:3 | 1–1 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.