Lixtenşteyn sarayı (Mala Strana)
From Wikipedia, the free encyclopedia
Malostran meydanındakı Lixtenşteyn sarayı və ya sadəcə Lixtenşteyn sarayı (çex. Lichtenštejnský palác na Malostranské náměstí) — Praqanın köhnə şəhərində, Mala Strana rayonun "Malostran meydanı" № 258/13-də yerləşən gözəl saray. Binanın tikintisi o zaman çox populyar olan barokko və daha sonra klassisizm üslublarında inşa etdirilmişdi. Saray Çexiya Respublikasının mühüm mədəniyyət abidəsi kimi qorunur. Saray Malostran meydanının bütün qərb hissəsini tutur və qonşuluqda yerləşən Hartiqov sarayı ilə ümumi tikinti, rabitə və kommunikasiya əlaqələrinə malikdir - Lixtenşteyn sarayında İncəsənət və Musiqili Rəqs Akademiyası, Hartiqov da isə Akademiyanın rəhbərliyi yerləşir.
Cəld faktlar Ölkə, Şəhər ...
Lixtenşteyn sarayı (Mala Strana) | |
---|---|
Lichtenštejnský palác | |
50°05′24″ şm. e. 14°24′00″ ş. u. | |
Ölkə | Çexiya |
Şəhər | Praqa |
Aidiyyatı | Musiqi məktəbi |
Sifarişçi | Karl fon Lixtenşteyn |
Tikilmə tarixi | 1623 |
Üslubu | barokko memarlığı |
Material | kərpic |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla