memarlıq üslubu From Wikipedia, the free encyclopedia
Barokko memarlığı — Avropa və Amerika ölkələri memarlığının inkişafında təxminən 150–200 il davam etmiş cərəyan. Bu memarlıq cərəyanı XVI əsrin sonunda başlamış və XVIII əsrin sonunda qurtarmışdır. Barokko üslub kimi bütün incəsənət növlərində öz yerini tutmasına baxmayaraq, rəsmdə, teatrda (və onunla bağlı ədəbiyyatda, musiqidə) və memarlıqda özünü daha parlaq göstərə bilmişdir.
Barokko XVII əsrdə – XVIII əsrin başlanğıcında meydana gəlmişdir. Qeyd etmək lazımdır ki, bu stili başqa stillərnən qarışdırmaq qeyri mümkündür. Barokko bir növ öz yaranış dövrünü təcəssüm edir. Barokko memarlığının fərqləndirici xüsusiyyətləri onun əzəməti, böyüklüyü və lüks olmasıdır. Barokko üslubu memarlıqda Renessansı əvəz etmışdır. Yeni əyri xətt formaları meydana çıxmış, dolğun və qəliz rəng çalarlarının istifadəsinə başlanmışdır. Həmin dövrdə parklarda fəvvarələrdən və fişənglərdən ibarət şəlalələr yaradılır, interyerdə güzgülərə, parketə, zərxaraya böyük diqqət yetirilirdi. Barokko memarları İntibahın bir çox bədii ənənələri ilə, xüsusən də onun harmonik və tarazlaşdırılmış həcm üsulları ilə vidalaşaraq bütöv memarlıq ansambllarına yalnız ayrı-ayrı tikililəri və meydanları deyil, küçələri də aid etməyə başladılar. Əgər erkən barokko üçün dekorativ elementlərin sayının artırılması xarakterik idisə, yetkin barokkoda plastik ifadəlilik güclənir. Barokko memarlığının əsas xüsusiyyətlərindən biri – geniş məkanı təşkil edən ansambl yaratmaq idi. Heykəltəraşlıq memarlıqla bəzən elə əlaqələndirilir ki, çox vaxt memar və heykəltaraşın işlərini bir-birindən ayırmaq çətin olurdu. Şəhər meydanları, saraylar, pillələr, fəvvarələr memarlıq və heykəltaraşlığın sintezi prinsipi üzrə tikilərək ümumi dekorativ tərtibata tabe edilirdi. Barokkoda sənətlərin sintezi zamanı heykəltaraşlıq və rəngkarlıq memarlığa tabe edilərək onunla qarşılıqlı əlaqədə olur. Gözəl divar rəsmləri gümbəzləri, plafonları (naxışlı, bəzəkli tavan) və divarları bəzəyərək geniş məkan illüziyası yaradırdı. Dinamika dolu heykəltaraşlıq gözəl olub, memarlıqla ayrılmazdır. Bu üslubun əsas əlaməti – "naz-nemət içərisində üzmə", insanın vücudu və ruhu üçün maksimal rahatlıqdır. Barokko üslubu əsas giriş qapısında mərmər pilləkənlərin, otaqların arasında incəsənət əsərləri ilə bəzədilən ensiz dəhlizin yaradılmasına üstünlük verir. Bu üslubun xüsusiyyətlərindən biri məkan illüzialarıdır. Barokko memarlıq üslubunda interyerdə müxtəlif şəkillərin, naxışların çəkilmçəsi üçün güzgülərdən, tavandan, eləcə də divarlardan geniş istifadə edilir. Divarlar qobelenlə (divar xalçaları) ilə də örtülə bilər. Xalçaların, zərxaranın, həmçinin bahalı çilçırağın bolluğu təmtəraqlı pafos yaradır. Əyri xəttlər və dəyirmi konturlar hesabına dinamika və gözəllik əldə edilir. Bahalı mebel dəbdəbə və əzəməti artırır. Memarlar çox zaman heykəltaraşlıq əsərlərindən istifadə edirdilər. Adi sütunlar tez-tez telamon və karitiadlar – kişi və ya qadın füqurlu sütunlarla əvəz edilirdi. Barokko üslubunun daha bir fərqləndirişi cəhəti çox iri ölçülərdir. Belə ki, pəncərələrin, qapıların ölçüləri insan boyundan on dəfə çox və daha artıq olurdu. Barokko üslubunun köklərinin çox qədimə getməsinə baxmayaraq, bu üslubun ayrı-ayrı elementləri əsrdən-əsrə keçərək, memarlıq və interyerə qayıdır. Üslubun əbədiliyi çox asan izah olunur, belə ki, bolluğu, həmçinin təmtərağı nəzərə çarpdıran elementlərə hər dövrdə yüksək tələbat olmuşdur.
Katolik Roma barokko memarlığının əsas mərkəzi oldu. Burada barokkonun təməli Vinyola, Palladno, xüsusən də Mikelancelonun yetkin yaradıcılığı ilə qoyulmuşdu. Barokko memarları yeni tikili tipləri tətbiq etməsələr də köhnə tipli tikililərə – kilsələrə, saraylara, villalara onların formasını və arxitektura baxımından məzmununu dəyişən yeni konstruktiv kompozisiya və dekorativ üsullar tapırdılar. XVI əsrin sonundan başlayaraq barokko cizgiləri artan məbəd tiplərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirirdilər. XVII əsrdə memarlıq formaları daha dinamik və gərgin olur. XVII əsr italyan memarlığının daha xarakterik cizgiləri Roma abidələrində ifadə olunub. Barokkonun əsas xüsusiyyəti – ansambl yaratmaq cəhdi özünü məhz burada daha fəal göstərib. Bu üslub müxtəlif dövrlərin tikililərini memarlıq baxımından birləşdirdi. Barokko üslubunun ilk nümunəsi 1575-ci ildə memar Cakoto Barotsi da Vinyola (1507–1573) və Cakoto della Porta (təx.1537–1602) tərəfindən yezuitlərin (mürtəce katolik ruhaniləri cəmiyyətinin üzvü) monax ordeni (cəmiyyəti) üçün tikilmişİl Cezu kilsəsidir. Layihənin əsas hissəsinin müəllifi Vinyola Gümbəzli bazilika formasına müraciət etmişdi. Bu tipli əvvəlki tikililərə nisbətən kilsənin mərkəzi nefi daha qısa və genişdir, yan neflər əvəzinə isə hər iki tərəfdə kapellalar yerləşirdi. Məbədin qalın sütunlar və pilyastrlarla (bir tərəfi divara bitişmiş dördkənarlı sütun), çoxlu heykəllərlə bəzədilmiş interyeri çox təntənəli görünür. Kilsənin Cakoto della Porta tərəfindən ifa edilmiş fasadının kompozisiyası da maraqlıdır. Sənətkar divarın çox iri bir sahəsini iki üfqi yarusa bölərək, hər birini orderlə (memarlıq kompozisiyası) bəzəyir. Nisbətən dar olan üst yarus yanlardan spiralabənzər detallarla – volyutalarla (italyanca – "buruq, qıvrım") çərçivəyə salınıb və sanki aşağı süzülür. Bu, fasada mürəkkəb və ifadəli görünüş verir. Sonralar belə tərtibat barokko üslublu bir çox kilsələr üçün tipik oldu. Bir qədər sonra isə bu tikililəri nəzərdə tutan "yezuit üslubu" termini də yarandı.
Barokko kilsə memarlığına ən çox töhfə vermiş sənətkarlar Karlo Maderna, Françesko Barromini və Lorenso Berninidir.
Karlo Madernanın həyatında gördüyü əsas iş Müqəddəs Pyotr kilsəsinin yenidən tikilməsi idi (16071617). İntibah dövründə Mikelancelo tərəfindən inşa edilmişəsas binaya o, qərb tərəfdən böyük hissə əlavə edərək bütün kilsəni sentrik formadan bazilikal formaya çevirilib.
Barokko memarlığında saray və villalar da mühüm yer tutur. XVII əsrdə İtaliyada çoxlu saray ansamblları da tikilirdi. Barokko sənətkarları bunlarda şəhər və şəhərkənarı tikililərin cizgilərini birləşdirməyə çalışırdılar. Məsələn, Barberinin sarayı (1625–1664). Onun tikintisini Maderna başlamış, Barromini və Bernini isə bitirmişlər.
Madernanın şagirdi olan Françesko Barromini (1599–1667) Roma barokkosunun cadugəri sayılır. Onun inşa etdiyi tikililərin sayı çox deyil. Romada o, Navona meydanında Sant-Anyeza (1653–1661), Roma Universitetinin həyətində Sant-İvo (1642–1660) və 4 fəvvarənin yanında San-Karlo alle Kuatro Fontane kilsəsini tikmişdi.
Lorenso Bernini (1598–1650) yetkin barokkonun banisi, İntibah sənətkarları kimi hərtərəfli inkişaf etmiş insan idi. Memar, heykəltaraş, rəssam, dekorçu olan Bernini italyan incəsənətinin rəsmi cərəyanına başçılıq edir və əsasən roma papalarının, kardinallarının və yüksək Roma aristokratiyasının sifarişlərini yerinə yetirirdi. Onun ən xarakterik tikililərindən biri Romadakı Sant-Andrea al Kvirinale kilsəsidir (1653–1658). Bernininin nəhəng memarlıq işlərindən biri Romada müqəddəs Pyotr kilsəsinin çoxillik tikintisinin başa çatdırılması və onun qarşısındakı meydanın tərtibatı idi (1656–1667).
XVI əsr İspan memarlığı əsasən orta əsr ənənələrini davam etdirsə də İtaliya İntibahının nailiyyətləri də diqqəti cəlb etməyə başladı. İspan memarları Romada və İtaliyanın digər şəhərlərində işləməyə başladılar, öz növbəsində italyanlar da İspaniyaya gəlməyə başladılar
XVII əsrdə meydana gələn plateresko (ispanca-"naxışlı", "döyməli") termini XVI əsrin I yarısında zərgər dəqiqliyi ilə tikilən və gözəlliyi ilə fərqlənən ispan tikililərinə aid edilirdi. Plateresko üslubunda olan əsas işlər dini olmayan kübar tikililər — universitetlər, xəstəxanalar, xüsusi evlərdir. Kilsə memarlığı, əsasən monastırlarla təmsil edilirdi.
Mərkəzi İspaniyaya aid olan Salamankada 1529-cu ildə yeni üslubda universitet inşa edildi. 1539-cu ildə burada Santyaqolu memar Rodriqo Xil de Ontanyon və qardaşı Martinin tikdikləri və başa çatdıra bilmədikləri Monterrey hersoqlarının sarayı plateresko üslubunda olan bir çox yaşayış evləri üçün nümunə oldu. Leon şəhərində 1514–1549-cu illərdə memar Xuan de Oroçko, Martin Villereal və Xuan de Bedaxoz tərəfindən tikilmiş San-Marko monastırı plateresko üslubunda inşa edilmiş kilsə memarlığına misaldır. Plateresko üslubunun çiçəklənmə dövrü uzun sürmür. İspan memarlığına tədricən italyan barokkosunun cizgiləri daxil olmağa başlayır. Bu dövrdə Çurrigera ailəsinin, xüsusən Xose Benito Çurrigeranın tətbiq etdiyi üslub sonralar "çurrigeresk üslubu" adını aldı.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.