![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/51/CocoCay_--_Beach_and_Snorkeling_Lagoon_and_Parasail.jpg/640px-CocoCay_--_Beach_and_Snorkeling_Lagoon_and_Parasail.jpg&w=640&q=50)
Litl-Stirrap-Ki
From Wikipedia, the free encyclopedia
Litl-Stirrap-Ki (ing. Little Stirrup Cay) — Baham adalarında özəl ada. Karib dənizindəki Berri adaları arxipelaqının bir hissəsidir.[1] Ada "Royal Caribbean International" şirkətinə məxsusdur[2] və ona Koko-Ki də deyilir.[3]
Cəld faktlar Yerləşməsi, Ölkə ...
Litl-Stirrap-Ki | |
---|---|
![]() | |
Yerləşməsi | |
25°49′ şm. e. 77°56′ q. u. | |
Ölkə | |
![]() |
Bağla
Ada qərb-cənub-qərbdən şərq-şimal-şərqə təxminən 1.6 kilometr (0.99 mil) uzanır, onun maksimum eni 450 metrdən çox deyil, dəniz səviyyəsindən maksimum nöqtəsi 11 metrdir. Adanın şərq və mərkəzi hissəsində turistlər üçün tikililər mövcuddur, şimal-şərq hissəsində sərnişin qayıqlarının gəldiyi körfəz yerləşir, adanın qərb hissəsində yaşayış yoxdur. Turistlər adada snorkellinq, üzgüçülük, kayakinq, paraseylinq, dayvinq, voleybol və hidroxizəklə məşğul olmaq imkanı əldə edirlər.