Lezbiyanlıq
From Wikipedia, the free encyclopedia
Lezbiyanlıq qadın homoseksuallığıdır.[1][2]Homoseksual qadınlara lezbiyan deyilir. "Lezbiyan" termini "homoseksuallıq" termininin özü qədər qeyri-müəyyəndir: bir kontekstdə homoseksual oriyentasiyaya malik qadına, başqa bir kontekstdə - homoseksual kimliyi olan qadına, üçüncüdə isə yalnız homoseksual davranış təcrübəsi keçən qadına aid edilə bilər. Termin XIX əsrin sonlarında cinsi sapmaların, xüsusən də homoseksuallığın təsviri kimi yaranmışdır. Qədim Yunanıstanda lezbiyanlığa tribadizm deyilirdi və “tribadlar” bu cür əlaqələrə girən qadınlar idi (yunan dilindən τριβάς - özü ilə və ya başqa qadınlarla qeyri-təbii pisliklərə yol verən qadın).