From Wikipedia, the free encyclopedia
Leyci Matsumoto (松本零士, Matsumoto Reyci?, 25 yanvar 1938[1][2][…], Kioto prefekturası – 13 fevral 2023[3][4], Tokio[3]) və ya doğum adı ilə Akira Matsumoto (松本晟?) – Yaponiya manqakası və animatoru. "Space Battleship Yamato", "Space Pirate Captain Harlock" və "Galaxy Express 999" kimi kosmik opera işlərinə görə tanınır.
Leyci Matsumoto | |
---|---|
yap. 松本零士 | |
Doğum tarixi | 25 yanvar 1938[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 13 fevral 2023[3][4] (85 yaşında) |
Vəfat yeri | |
Cinsi | kişi[d][5][6] |
Komiks fəaliyyəti | |
Sahəsi | kinorejissor, manqaka, ssenarist, animasiyaçı |
Mükafatları | |
Sayt | leiji-matsumoto.ne.jp |
Vikianbarda əlaqəli mediafayllar |
Leyci Matsumoto 1938-ci ildə Yaponiyanın Fukuoka prefekturasının Kurume şəhərində samuray nəslindən olan ailədə doğulmuşdur. Yeddi uşaqlı ailənin ortancıl uşağı idi. Anası keçmiş müəllim idi, atası isə Yaponiya İmperatorluq Ordusu Akademiyasını bitirmiş mayor idi və İkinci Dünya müharibəsində pilot kimi döyüşmüşdü.[7]
İlk işi olan "Mitsubachi no Boken" manqasını hələ 15 yaşında ikən bir manqa jurnalında nəşr etdirmişdir. Liseyi bitirdikdən sonra peşəkar manqaka olmaq üçün Tokioya köçmüşdür. 1961-ci ildə Yaponiyanın ilk qadın manqakalarından biri hesab olunan Miyako Maki ilə evlənmişdir. O, Maki ilə bir neçə layihədə əməkdaşlıq etmiş və adını Leyci olaraq dəyişdirmişdir.[8]
Tokioda ucuz bir pansionatda yaşayarkən yaşadığı təcrübələr əsasında yaratdığı "Otoko Oidon" manqası (1971) onun ilk böyük uğuru olmuşdur. İmtahanlara hazırlaşan kasıb bir gəncdən bəhs edən manqa Kodansha Nəşriyyat Mükafatına layiq görülmüşdür.[8] 1974-cü ildə yayımlanmağa başlayan "Space Battleship Yamato" anime serialının yaradıcısı olmuş, daha sonra manqa adaptasiyasını hazırlamışdır. 1977-ci ildə "Galaxy Express 999" anime serialını yaratmışdır.[9]
Fransanın "Daft Punk" musiqi qrupu Matsumotonun işlərinin fanatı olmuşdur. Matsumoto onlar üçün "One More Time" (2000) kimi mahnıların musiqili videolarını hazırlamışdır.[8] Matsumoto Yaponiyanın "Bənövşəyi lent" medalı (2001) və "Doğan günəş" ordeni (2010), eləcə də, Fransanın "İncəsənət və ədəbiyyat" ordeni (2012) ilə təltif olunmuşdur.[9]
Matsumoto epik kosmik elmi fantastika saqaları yaratmasına görə tanınır. Əsərləri üçün antimüharibə mövzuları və emosional ssenarilər səciyyəvidir. O, əsərlərində müharibənin dəhşətini təsvir etməyə çalışmışdır. İkinci Dünya müharibəsi bitəndə Matsumotonun yeddi yaşı var idi.[8] Müharibədə döyüşmüş atasından ilhamlandığını qeyd edən Matsumoto "Space Battleship Yamato" animesinin personajı olan kapitan Okita Cuzonu atası əsasında yaratmışdır.[7] Atası ona "müharibənin gələcəyi məhv etdiyini" demişdi.[8]
Matsumoto 13 fevral 2023-cü ildə ürək çatışmazlığı səbəbilə ölmüşdür.[8]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.