![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/7c/Levoca_old_townhall.jpg/640px-Levoca_old_townhall.jpg&w=640&q=50)
Levoça
From Wikipedia, the free encyclopedia
Levoça (slovak. Levoča, alm. Leutschau, mac. Lőcse) — Slovakiyanın şərqində kiçik bir şəhər (Spiş tarixi vilyəti). Şəhər Levoçske Vrhi dağ massivinin ətəyində, Spişski Hrad qəsrinin yaxınlığında yerləşir. Əhalisi 14 min nəfərə yaxındır (2003-cü il). Şəhərin adı ilk dəfə 1249-cu ildə, macar kralı IV Belanın məktublarında qeyd edilib. Lakin buna bamayaraq, şəhərin yaşı bundan daha qədimdir və buna bir sübut kimi, mərkəzdə qorunub saxlanılan və roman üslubunda inşa edilən müqəddəs Nikolay kostyolunu misal gətirmək olar. 1241-ci ildə monqol-tatar qoşunları şəhəri tərk etdikdən sonra, buraya almanlar köçərək geniş koloniyalar yaradırlar. 1271-ci ildə Levoçanın adı artıq azad kral şəhəri və vilayət mərkəzi kimi qeyd edilir. XV əsrdən başlayaraq Levoça sürətlə inkişaf etməyə başlayaraq, Slovakiyada geniş vüsət almış protestantlığın mərkəzinə çevrilir.
Levoça | |||
---|---|---|---|
Levoča | |||
![]() | |||
|
|||
49°01′22″ şm. e. 20°35′26″ ş. u. | |||
Ölkə | |||
Tarixi və coğrafiyası | |||
Əsası qoyulub | 1249 | ||
İlk məlumat | 1249 | ||
Sahəsi |
|
||
Mərkəzin hündürlüyü | 628 m | ||
Saat qurşağı | |||
Əhalisi | |||
Əhalisi |
|
||
Rəqəmsal identifikatorlar | |||
Telefon kodu | +421 53 | ||
Poçt indeksi | 054 01 | ||
Nəqliyyat kodu | LE | ||
Digər | |||
levoca.sk | |||
Xəritəni göstər/gizlə
| |||
![]() |
Müasir zamanda Levoça çoxlu sayda memarlıq abidələri qorunub saxlanılan kiçik bir şəhərdir. 2009-cu ildə Spişski Hradla birlikdə Levoçanın orta əsr memarlıq abidələri UNESCO-nun Ümumünya irsi siyahısına daxil edilmişdi.