From Wikipedia, the free encyclopedia
Leroy Lansinq Ceyns (ing. Leroy Lansing Janes; 1838, Ohayo – 1909) – Meyci dövrünün ilk illərində Yaponiyada fəaliyyət göstərmiş ABŞ pedaqoqu.
Leroy Lansinq Ceyns 1838-ci ildə ABŞ-nin Ohayo ştatında doğulmuş, ABŞ Hərbi Akademiyasında təhsil aldıqdan sonra ABŞ Vətəndaş müharibəsində iştirak etmişdir.[1]
1871-ci ildə Yaponiyada missionerlik edən Quido Verbek tərəfindən Yaponiyaya dəvət edilmişdir.[1] O, təklifi qəbul edərək Kumamotoda yerləşən Qərb məktəbində dərs vermək üçün Yaponiyaya gəlmişdir.[1] Ceyns yapon dilini bilməməsinə və bu dili öyrənmək istəməsə də, tədris proqramı onun tam ixtiyarına verilmişdir.[1] O, riyaziyyat, tarix və təbiətşünaslıq dərslərini ingilis dilində vermişdir.[1] Lakin birinci tədris ilindəki fəaliyyəti oxu və yazı ilə məhdudlaşmışdır.[1] O, əxlaqi tərbiyə ilə də məşğul olmuşdur.[1]
Ceyns tədrisin ilk üç ilində tələbələri ilə xristianlığı müzakirə etməkdən çəkinmişdir.[1] Çünki o düşünür ki, tələbələrinin xristianlıq ilə Qərb elmləri arasındakı əlaqəni yaxşı başa düşmələri üçün ingilis dilini yaxşı bilməlidirlər.[1] Onun təsiri altında 35 tələbəsi xristianlığı qəbul edərək Kumamoto bandası adı ilə tanınmışdır.[1] Onların arasında Ebina Danco və Ukita Kazutami təhsil və siyasət sahələri üzrə xristian liderlər olmuşdurlar.[1] Kumamotodakı mühafizəkar qüvvələrin təqibi səbəbilə 1876-cı ilin avqustunda məktəb bağlanmış, Kumamoto bandasının üzvləri Kioto şəhərində yerləşən Doşişa məktəbinə keçmişdirlər.[1]
Ceyns bir müddət Osaka ingilis məktəbində dərslər verdikdən sonra 1877-ci ildə ABŞ-yə qayıtmışdır.[1] 1893-cü ildə Kioto şəhərində yerləşən Üçüncü liseyə dəvət olunmuşdur.[1] Burada 2 il dərs vermişdir.[1] 1909-cu ildə Kaliforniya ştatında ölmüşdür.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.