From Wikipedia, the free encyclopedia
Lego Marvel's Avengers — TT Games tərəfindən hazırlanmış və Warner Bros. Interactive Entertainment tərəfindən nəşr olunmuş, PlayStation 4, PlayStation 3, PlayStation Vita, Nintendo 3DS, Wii U, Xbox One, Xbox 360, Macintosh və Microsoft Windows platformalarında oynanıla bilən macəra-döyüş janrında Lego videooyunudur. Videooyun Lego Marvel Super Heroes videooyununun spin-ofudur və Lego Marvel franşizinin ikinci oyunudur.[2] Filmdə baş verən hadisələr "Qisasçılar" və "Qisasçılar: Altron dövrü", eləcə də, "Birinci qisasçı", "Dəmir adam 3", "Tor 2: Zülmət aləmi" və "Birinci qisasçı: Başqa müharibə" filmlərinə əsaslanır. Videooyunda Kapitan Amerika, Dəmir adam, Halk, Qara dul, Şahingöz, Qırmızı cadugər, Civə, Tor, Altron, Loki, Qış əsgəri, Şahin, Vijn, Müharibə maşını kimi tanınmış personajlar, Şeytan dinozavr, Finq Fanq Fum kimi də az tanınmış personajlar yer alır.[3] Bundan əlavə bir çox personaj vardır.[4] Oyun 26 yanvar 2016-cı ildə yayımlanmışdır.[5]
Lego Marvel's Avengers | |
---|---|
| |
Hazırlayan |
TT Fusion TT Games |
Yayımlayan | Warner Bros. Interactive Entertainment |
Seriya | Marvel's Avengers |
Anons tarixi | 29 yanvar 2015 |
Buraxılış tarixi |
26 yanvar 2016 29 yanvar 2016 |
Janrlar | Macəra-döyüş |
Bəstəkarlar |
Rob Vestvud Tess Tiler Brayan Tiler Denni Elfman Alan Silvestri Kristofer Lennertz Henri Cekman |
Texniki məlumat | |
Platformalar |
Microsoft Windows Nintendo 3DS PlayStation 3 PlayStation 4 PlayStation Vita Wii U Xbox 360 Xbox One |
Oyun rejimləri | təkoyunçulu, çoxoyunçulu |
İnterfeysin dili | ingilis dili[1], fransız dili[1], italyan dili[1], alman dili[1], ispan dili[1], Danimarka dili[1], niderland dili[1], polyak dili[1], braziliya portuqal dili[1], rus dili[1], ərəb dili[1], ənənəvi Çin dili[d][1], Vall dili |
Daşıyıcı | rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d] |
Rəsmi saytı |
Oyunda əvvəlki oyunda da olan personajlar daxil olmaqla oynanıla bilən 200-dən çox personaj vardır. Personajların dizaynı üçün sadəcə Marvel Kinematoqrafiya Kainatı deyil, həmçinin komiksləri də nəzərə alınmışdır. Direktor Artur Parsons qeyd edir: "Bu Qisasçıların hər şeyinin qeydidir. Komikslər, cizgi filmlər, filmlər. Bu, videooyunlarda Qisasçılar barədə sevdiyiniz hər şeydir".[6] Əsas personajlarla yanaşı oyunda Ms. Marveli (Kamala Xan), Sem Vilsonun Kapitan Amerika görünüşünü, Miss Amerikanı, Ceyn Fosterin Tor formasını, Vikkanı və Sürəti də görmək olar.[7] Hər iki personajın özünəməxsus birlikdə döyüşmək bacarığı var. Oyunda 800-ə yaxın komanda hərəkəti var.
Personajların siyahısı |
---|
|
Oyunun qeympleyi digər Lego oyunlarına bənzər olub, diqqət səpələnmiş pazlları macəra ilə həll etməyə cəmləndirilmişdir. Oyunçular tez-tez onların irəliləməsinə əngəl olan maneləri keçmək üçün lazım olan cihazları düzəltmək üçün oyun mühitində səpələnmiş pazlları həll etməlidirlər. Həmçinin, oyunda bəzi fəndlər var, məsələn üçün, davam etmək üçün iki spesifik obrazdan istifadə etmək tələb oluna bilər. Super cinayətkar döyüşlərində də diqqət pazlların həllinə yönəlir və uzun vaxt götürür. Oyun başdan ayağa macəra və döyüş janrındadır, lakin bütün döyüşlərdə LEGO-ya məxsus zarafatyana tərzdə keçir. Əsas məkan Nyu Yorkdur, lakin ilk dəfə olaraq başqa personajların səyahət edə biləcəkləri yeni yerlər əlavə olunmuşdur: Asqard, Malibu, Cənubi Afrika, Helikarrier, Bartonlar ferması, Vaşinqton, Solokviya.[9] Bundan əlavə, oyunda xüsusi nöqtələrdə vətəndaşların problemlərini həll etmək, resinq və s. kimi tapşırıqları yerinə yetirmək olar. Videooyunun ssenarisi Filmdə baş verən hadisələr "Qisasçılar" və "Qisasçılar: Altron dövrü", eləcə də, "Birinci qisasçı", "Dəmir adam 3", "Tor 2: Zülmət aləmi" və "Birinci qisasçı: Başqa müharibə" filmlərinə əsaslanır.
Orijinal səsləndirmədən istifadə olunan Lego Marvel Super Heroes-dən fərqli olaraq Lego Marvel's Avengers oyununda oyunun əsasını aldığı altı filmdə çıxış etmiş aktyorların səslərindən istifadə edilmişdir (Lego The Lord of the Rings, The Lego Movie Videogame, Lego The Hobbit və Lego Jurassic World oyunlarında olduğu kimi). Lakin, Klark Qreqq, Kobi Smolders, Eşli Conson, Heyli Etvell əlavə dialoqlar üçün uyğun personajları səsləndirmişlər. Marvel komiksçisi Sten Li isə yenə özünü səsləndirmişdir. Robbi Deymond A-bombanı, Lu Ferillo özünü, Qreq Miller Aldrix Killian özünü səsləndirmişdir.
Azad PlayStation 4 xüsusi yükləniləbilən məzmunun olacağı anons olunmuşdur. Bu, gələcəkdə nəzərdə tutulmuş personaj boğçası və Qarışqa-adam üzərində qurulmuş səviyyəni ehtiva edir.
Videooyunun çıxışından sonra müxtəlif pozitiv rəylər almışdır. Oyun Metacritic-də 74 %-lik nəticə qazanmışdır.[10] Game Informer jurnalının əməkdaşı Andru Reyner oyuna 10 xaldan 7,75 xal vermişdir.[11] IGN-nın qiymətləndirməsi isə 6,7/10 olmuşdur. Sayt açıqlmasında bunu bildirmişdir: "Lego Marvel's Avengers əyləncəlidir, amma heyf ki, ancaq Marvel Kinematoqrafiya Kainatı ilə məhdud qalmışdır".[12] Destructoid oyuna 10-dan 6 xal, PlayStation Lifestyle isə 10-dan 7,5 xal vermişdir.[13][14]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.