Laçının işğalı
Birinci Qarabağ müharibəsində hərbi münaqişə / From Wikipedia, the free encyclopedia
Laçının işğalı — 1992-ci ilin mayında, Birinci Qarabağ müharibəsinin əvvəllərində, Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri və separatçı Qondarma Dağlıq Qarabağ Respublikasının döyüşçülərindən ibarət erməni qüvvələri tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə qarşı Laçının nəzarəti uğrunda başladılan hərbi hücum əməliyyatı.
Laçının işğalı | |||
---|---|---|---|
Birinci Qarabağ müharibəsi | |||
| |||
Tarix | 15 may 1992 (1992-05-15) – 20 may 1992 (1992-05-20) (5 gün) | ||
Yeri | Laçın rayonu, Azərbaycan | ||
Nəticəsi | Ermənistanın qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Laçın rayonu Azərbaycanın qərbində, Kiçik Qafqazda yerləşir. Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. İşğal ərəfəsində rayonda 60 min nəfərə yaxın azərbaycanlı və kürd yaşayırdı.
1992-ci ilin əvvəllərində Azərbaycanda ağır siyasi böhran yaşanırdı. Azərbaycan Xalq Cəbhəsi (AXC) Azərbaycan Prezidenti Ayaz Mütəllibovun istefa etməsini tələb etmişdi. Xocalı soyqırımı ilə bağlı detalların ictimaiyyətə yayımlanmasından sonra prezident Mütəllibov müxalifətin təzyiqi ilə 6 martda istefa vermişdi. Prezident səlahiyyətlərini Yaqub Məmmədova icra etməyə başlamış, Rəhim Qazıyev isə müdafiə naziri olmuşdu. Buna baxmayaraq, 9 mayda Şuşa işğal edilmiş, bu isə Azərbaycanda daxili siyasi gərginliyi pik həddə çatdırmışdı. Qazıyev vəzifəyə gəldikdən sonra dərhal Moskvaya danışıqlara getmiş, Şuşanın işğaldan azad edilməsi üçün Rusiya Müdafiə Nazirliyinin dəstəyini əldə edə bilmişdi. Milli Ordunun hissələrindən ibarət 2,700 nəfərlik canlı qüvvə Daxili Qoşunlar və polis bölmələrindən dəstək almış, o cümlədən hərbi texnika ilə təchiz edilmişdi. Onlar 12 mayda Şuşa ətrafına yerləşdirilmiş, lakin əməliyyat həyata keçirilməmişdi. Bu zaman orduda itaətsizlik başlamış, hərbi komandirlər Elbruc Orucov və polkovnik Rüfət Əmirov döyülərək Laçından qovulmuşdu. Yevlaxdakı qərargahda görüşən Azərbaycan hərbi komandanlığı Ağdamdakı rus qoşunlarının dəstəyi ilə Şuşanı 17 mayda azad etmək üçün yeni bir plan cızmağa başlamışdılar.
Buna baxmayaraq, 14 mayda Ali Sovetin Mütəllibovu hakimiyyəti gətirməsi vəziyyəti çətinləşdirmişdi. Bunu dövlət çevrilişi olaraq qiymətləndirən AXC Bakıda inqilab etməkdə qərarlı idi. Cəbhə bölgəsində, o cümlədən Laçında yerləşdirilən AXC batalyonları mövqelərini tərk edərək Bakıya üz tutmuşdu. 15 mayda İsgəndər Həmidov texnika ilə parlamentə daxil olaraq Mütəllibovu devirmişdi. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasından qayıdan Qazıyev vəziyyətdən xəbərdar olan kimi Bakıya qayıtmış, AXC-ni Laçını təhlükə altına qoymaqda günahlandırmışdı. Artıq hakimiyyəti əlinə alan AXC KTMT-yə qoşulmaqdan imtina etmiş və ölkədəki rus qoşunlarını qovmuşdu. Vəziyyətdən xəbərdar olan erməni komandanlığı Laçına hücum əməliyyatına başlayır. Erməni qüvvələri ilk növbədə Zarıslı kəndinə hücum edərək oradakı azərbaycanlı qüvvələri qovmuşdur. Müdafiə xəttində boşluq yarandığından Elbrus Orucov rəhbərlik etdiyi qüvvələrə geri çəkilməyi əmr etmiş, lakin bu, orduda panikaya səbəb olmuşdu. Erməni qüvvələri Turşsu kəndini işğal edir və Laçına doğru irəliləməyə başlayır. Azərbaycanlı qüvvələr tank və PDM-lərlə rayon ərazisini tərk edir və 18 maya qədər Laçın boşaldılır. Həmin gün Laçın şəhəri işğal edilir və yağmalanaraq yandırılır. Şəhərin 8 minə yaxın əhalisi qaçqın düşür. Baş qərargah rəisi Şahin Musayev 19 mayda Qubadlıya gələrək vəziyyətə ələ almağa çalışır və növbəti gün uğursuz bir əks-hücum əməliyyatı baş tutur.
Laçının işğalı beynəlxalq ictimaiyyət tərəfindən sərt reaksiyaya səbəb olmur. Erməni diplomatları Laçını Qarabağ ermənilərinin blokadadan çıxması üçün zəruri olan bir humanitar dəhliz kimi təqdim etmişdi. Həmçinin, onlar Laçında baş verənlərin Ermənistanla aidiyyatının olmadığını və oradakı yerli kürdlərin üsyan etdiyini iddia etmişdir. 20 mayda erməni rəhbərliyi tərəfindən burada Laçın Kürd Respublikasının qurulduğunu elan edilir, lakin bu qondarma respublika bir həftə belə yaşamır. Laçın dəhlizinin açılması Ermənistan ordusunun müharibə illərindəki ən böyük nailiyyətlərindən birinə çevrilir, çünki bu dəhlizdən gələn dəstəklər nəticəsində Dağlıq Qarabağdakı ermənilərin hərbi imkanları dəfələrlə artmışdır.