Laçın (Kəlbəcər)
Kəlbəcər rayonunda kənd From Wikipedia, the free encyclopedia
Kəlbəcər rayonunda kənd From Wikipedia, the free encyclopedia
Laçın — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Almalıq kənd inzibati ərazi dairəsində kənd.[1]
Laçın | |
---|---|
40°07′39″ şm. e. 46°15′13″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.743 m |
Saat qurşağı | |
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Laçın kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı.
Kənd Laçın dağının ətəyindədir. XIX əsrin əvvəllərində Laçin rayonunun Alxaslı kəndindən gəlmiş Xudayarli və Çiraqli nəsillərinin məskunlaşması nəticəsində yaranmişdir. Kəndin adı Laçın dağının adı ilə bağlıdır.[2]
Kəndin bünövrəsini XVIII əsrdə Laçın rayonundan gələn Xudayar, Allahyar və Bərxudar qoymuşlar. Xudayar və Allahyar qardaşdırlar. Kəndin adını öz rayonlarının adı ilə adlandırmışlar.
Digər bir varianta görə kənd Laçın dağının ətəyində yerləşdiyinə görə belə adlanır. Laçın sözü quş adıdır. Əlçatmaz sıldırım qayaları olan dağlarda laçın quşu yaşayır. Laçın dağının əlçatmaz sıldırım qayaları var. Laçın yalçın, sıldırım mənasını verir.[3]
Şötükqalan yurd, Hüseynölən yurd, Yetərlərin yurdu, Nuruların yurdu, Arpa yerinin yurdu, Yuxarıki damların yurdu, Gavınağzı yurd, Səməndin dəf yerinin yurdu, Həmərsinlik yurdu, Taxtabulağın yurdu, Aşağıki damların yurdu, Susuzluq yurdu, Daranqaya yurdu, Hovuzun yurdu, Yalyeri yurdu, Çınqıllı yurd, Ortakənd yurdu, Yelliyurd, Qızlar yurdu, Kolanı meydanı yurdu, Taplar yurdu.
Beşbeş bulaq, Şırran bulaq, Sızğa bulaq, Xorxor bulaq, Novlu bulaq, Daş bulaq, Korca bulaq, Qırmızı bulaq, Rəhim bulağı, Taxta bulaq, Soyuq bulaq, Qara daş bulağı, Sarı bulaq, Quzey kəndinin bulağı, Aşağıki su bulağı, Gərdənin dalındakı bulaq, Qarağac suyu çıxan bulaq, Damların bulağı, Yasəmən bulağı, Quzey bulağı, Ovçu bulağı, Buzlu şırran bulağı, Həmərsinlik bulağı, Taxta bulağın altında, Göy bulaq, Sandıq bulaq, Aşağı damların bulağı, Fındıqlı bulaq, Qızlar bulağı, İşgəsu bulağı, Qozlu dərənin bulağı, Orta kəndin bulağı.
Sultanın kəsəlgəsi, Binnətin boynu, Qətlağacı, Mirzəyevin yurdu, Arpayeri, Gərdən, Gərdənin dalı, Damlar yurdu, Pirinboynu, Pirinaltı, Kazımın yeri, Cəfərtalası, Xırman yeri, İbrahim kahası, Öküzağılı, Kalafalıq, Yalyeri, Həlimənin yurdu, Çildimli, Kötükkəsilən, Mövsümün axtalığı, Alışvurulan, Enliburun, Yolaşan, Ardışlıtala, Meyditaxçası, Böyükyer, Dikinəyer, Qaranın yeri, Uzunyer, Ayıçiləsi, Böyükqobu, Quzey kəndi, Təkkalafa, Çüxuryer, Çınqıllıyer, Barata çınqılı, Fərzalının yeri, Darı yeri, Böyükdüz, Təkdam, Məşədi Həsən talası, Navatın yurdu, Güzdük yeri, Qındırğalının yalı, Tozluq, Tozluğun yalı, Aşacağın yalı, Bərəyə, Qırmızı burunlar, Atölən, Daş kahası, Gölün talası, Daş kahanın tapı, Qocanın gərdəni, Qocanın qazanı, Qaraxal, Çöpün düzü, Şişdaş, Nazikgüney, Ağdaş, Sarıgav, Sarıbaxacaq, Qasımxanın düzü, Dəhnə, Qaranın dam yeri, Qarakollar, Dəlikdaş, Təkpalıd, Ortakənd, Əhəng quyusu, Qurugöl, Maral vurulan, Vışka, Qarabərəyə, Sulu dərənin burnu, Hüseynalı burnu, Göbələkliyin yalı, Bulanın döşü, Kəndyeri, Su yeri, Yalınbeli, Tilişin dibi, Şükürün novu, Laçın dağı, Tozluöun dağı, Qızıqulaqlı dağ, Hovuzun dağı, Gərdənin dağ, Bulanın dağı, Balaca Bulan dağı, Kom qayalar, Böyükqaya, Şişin qayası, Orta kəndin qayası, Pirin qayası, Qaçay yıxılan qaya, Umannan uçan qaya, Daran qaya, Göbələkli qaya, Abbasın qayası, Mövsümün qayası, Səməndin qayası, Tilişqaya, Sarı qayalar, Hovuzun qayası, Çay qayası, Quzey qayası, Suludərə, Laçın dərəsi, Qozludərə, Ketinin dərəsi, Damların dərəsi, Tozluğun dərəsi, Hovuzun dərəsi, Gərdənin dalının dərəsi, Laçın suyu.[3]
Rəhimin binəsi, Bağamburclu binə, Sədrin binəsi.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.