Latviya keramikası
From Wikipedia, the free encyclopedia
Latviya keramikası (latış. Latvijas keramika və latış. Latvijas podniecība)- Ölkədə ən qədim incəsənət növlərindən biridir. Tarixi Neolit dövrünə qədər gedib çıxır. Latqale keramikası (latış. Latgales keramika) isə Latviya keramikasının ən məşhur yarımnövüdür. Latqaledə ölkənin keramika məhsullarının çox hissəsi istehsal edilir.
Bir qayda olaraq, Latviya keramikası hər hansı naxışların olmaması ilə digər ölkələrin keramikasından fərqlənir. Əsasən onların yerinə bütöv rənglərdən və ya güllərdən istifadə olunur. Ənənəvi məmulatlar təmkinli, torpaq çalarlarıyla rənglənir (yaşıl, qəhvəyi və başqaları). Ancaq bəzən həmçinin parlaq rənglər rənglərdən də istifadə olunur. Xallı şir (Yaponiyanı xatırladan şino-yaklar) Latviya keramikası üçün xarakterikdir.