Amerikalı müğənni-mahnı yazarı From Wikipedia, the free encyclopedia
Lana Del Rey (əsl adı: Elizabet Vulric Qrant; 21 iyun 1985[2][3], Nyu-York, Nyu-York ştatı[4]) — amerikalı müğənni-mahnı yazarı. Melanxolik, qlamur və kino üslublu mahnılarına görə tanınır. Lana iki "Brit", üç "MTV Europe Music Awards" və bir "Satellite" mükafatı laureatıdır. On bir dəfə "Qremmi"yə namizəd göstərilmiş, ancaq heç birini qazanmamışdır. [6] Variety onu "XXI əsrin ən nüfuzlu müğənni-mahnı yazarlarından biri" adına layiq görüb.[7][8]
Lana Del Rey | |
---|---|
ing. Elizabeth Woolridge Grant | |
Ümumi məlumatlar | |
Doğum adı | Elizabeth Woolridge Grant[1] |
Ləqəbi | Lana Del Rey |
Doğum tarixi | 21 iyun 1985[2][3] (39 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni-mahnı yazarı, aktrisa, kino aktrisası, səsyazma sənətçisi[d], müğənni, musiqi prodüseri, şair |
Fəaliyyət illəri | 2005-ci ildən |
Janrlar | indi-pop, barokko-pop[d], trip hop[d], sedkor[d], drim-pop[d], indi-rok[5], sloukor[d], psixodelik rok, psixodelik pop[d], rok, R&B |
Musiqi alətləri | gitara |
Səs tembri | messo-soprano |
Albom şirkətləri | Interscope Records, Polydor Records |
Təhsili | |
lanadelrey.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Lana Del Rey Nyu-York ştatının ətrafında böyüyüb. Müğənni kimi karyera qurmaq üçün 2005-ci ildə Nyu-York şəhərinə köçüb. 2011-ci ildə çıxardığı "Video Games" sinqlının viral uğurundan sonra Polydor və Interscope[9] şirkətləri ilə müqavilə bağlayıb. 2012-ci ildə "Summertime Sadness" hitinin daxil olduğu ikinci albomu "Born to Die" sayəsində kommersiya uğuru qazanmışdır. Onun 2014-cü ildə yayımladığı gitara əsaslı üçüncü albomu "Ultraviolence" ABŞ-də Billboard 200 cərgəsinə daxil olub. Lana "Honeymoon" və "Lust for Life" albomlarında əvvəlki musiqi üslubuna geri qayıdıb. Tənqidçilər tərəfindən bəyənilən altıncı albomu "Norman Fucking Rockwell!" soft rok janrı ilə diqqət çəkib.[10] Onun növbəti studiya albomları "Chemtrails over the Country Club" və "Blue Banisters" 2021-ci ildə işıq üzü görüb. Lananın doqquzuncu albomu "Did You Know That There's a Tunnel Under Ocean Blvd" 2023-cü ildə buraxılıb. Lana Del Rey sayca onuncu albomu olan "Lasso"-nu 2024-cü ilin sentyabrında buraxmağı planlaşdırır.
Lana həmçinin müxtəlif filmlər üçün mahnılar yazıb ifa etmişdir. 2013-cü ildə qısa musiqili film "Tropiko"nun ssenarisini yazıb baş rolda oynamışdır.[11] Həmin il ekranlara çıxan "Böyük Qetsbi" filmi üçün "Young and Beautiful" mahnısını buraxmışdır. Bu mahnısına görə "Qremmi" mükafatına namizəd göstərilib. 2014-cü ildə "Malefisenta" filmi üçün "Once Upon a Dream" mahnısını səsləndirib. 2014-cü ildə kinorejissor Tim Börtonun "Böyük gözlər" filmi üçün də mahnı yazıb. Sözügedən mahnı "Qızıl Qlobus" mükafatına namizəd göstərilib. Lana 2019-cu ildə işıq üzü görmüş "Çarlinin mələkləri" filmi üçün isə "Don't Call Me Angel" mahnısını ifa etmişdir. 2020-ci ildə o, "Violet Bent Backwards Over the Grass" adlı şeir və fotoqrafiya kolleksiyasını nəşr etdirib.
Elizabet Vulric Qrant 21 iyun 1985-ci ildə[12] Nyu-Yorkun Manhetten[13] bölgəsində anadan olmuşdur. Atası Robert İnqland Qrant Cr. "Grey Group" şirkətinin kopirayteri, anası isə həmin şirkətin hesab rəhbəri Patrisiya Enn "Pet" (qızlıq soyadı: Hill)-dir.[14][15][16] Onun Kerolayn "Çak" Qrant adlı kiçik bacısı[17] və Çarli Qrant adlı kiçik qardaşı var.[18][19] O, Roma‐Katolik kimi böyüdülüb və şotland əsillidir, ulu babası Lanarkşirdəndir.[20][21] Bir yaşında olarkən ailəsi ilə birlikdə Nyu-Yorkda yerləşən Leyk-Plesid şəhərinə köçmüşdür.[22] Atası orada sahibkarlıq sahəsinin investoru olmamışdan əvvəl mebel şirkətində çalışmış,[23] anası isə məktəb müəllimi işləmişdir.[24] İbtidai məktəb illərində Lana Müqəddəs Aqnes məktəbində təhsil alıb[19] və kantor olduğu kilsə xorunda oxumağa başlayıb.[19][25]
Lana anasının dərs dediyi orta məktəbdə bir il oxuyub,[24] lakin 14[26] və ya 15[27] yaşında olarkən valideynləri onu alkoqolizmdən uzaq tutmaq üçün Kent adlı məktbə göndəriblər.[28] Lana müsahibələrinin birində deyib: "Məni spirtli içkidən uzaq tutmaq üçün 14 yaşımda internat məktəbinə göndərdilər"[26] Məktəbin rəhbərliyində işləyən əmisi ona maddi yardım göstərmişdir.[29] Lana yeniyetmə və gənclik illərində dost tapmaqda çətinlik çəkirdi.[30][31]
Mən çox gənc yaşlarımda anamın, atamın və tanıdığım hər kəsin, bir gün özümün də öləcəyini bilirdim. Bir növ tənəzzül keçirdim. Ölümlü olduğumuza inana bilmirdim. Nədənsə bu bilik mənim təcrübəmə kölgə saldı. Bir müddət gözüyaşlı oldum. Çox çətinliyə düşdüm. Əvvəllər çox içirdim. Bu mənim həyatımın çətin dövrü idi. [32] |
Kent məktəbini başa vurduqdan sonra bir il xalası və əmisi ilə Lonq-Aylenddə yaşamış və ofisiant kimi işə düzəlmişdir.[23] Bu müddət ərzində Lananın əmisi ona gitara çalmağı öyrədib. Onun [Lananın] bu altı akkordla yəqin ki, bir milyon mahnı yaza biləcəyini anlamışdı.[33] Lana qısa müddət sonra "Sparkle Jump Rope Queen" və "Lizzy Grant and the Phenomena" kimi müxtəlif adlar altında şəhər ətrafındakı gecə klublarında mahnılar yazmağa və ifa etməyə başlamışdı.[33] "Mən həmişə mahnı oxuyurdum, amma ciddi şəkildə məşğul olmağı planlaşdırmırdım—On səkkiz yaşım olanda Nyu-Yorka gələndə Bruklin klublarında mahnı oxumağa başladım" dedi.[13]
Lana Del Rey 2004-cü ilin payızında 19 yaşında ikən Bronksdakı Fordham Universitetinə daxil olub. O, metafizika sahəsinə verdiyi dəyəri nəzərə alaraq fəlsəfə ixtisasını seçmişdi.[13] 2005-ci ilin yazında, hələ tələbə ikən Birləşmiş Ştatların Müəllif Hüquqları Ofisində yeddi trekdən ibarət mini-albom qeydiyyata almışdı. Bunlardan bəziləri "Rock Me Stable" və "Young Like Me" idi.[34][35] Digər mini-albomu "From the End" Lananın o vaxtki səhnə adı olan May Jailer ilə qeydə alınmışdı.[35] 2005–2006-cı illər arasında o, May Jailer adı altında "Sirens" adlı akustik albom yazıb. Həmin bu albom 2012-ci ilin ortalarında internetdə sızdırıldı.[36]
–Lana nə üçün musiqi sənayesinə daxil olduğunu izah edir.[31]
Lana Del Rey 2006-cı ildə Williamsburg Live Songwriting Competition-da ictimaiyyət qarşısında ilk çıxışını etmişdir. Bu müddət zamanı o, musiqi şirkəti 5 Points Records-un A&R nümayəndəsi Van Uilson ilə tanış olub.[37][38][38] 2007-ci ildə universitetdə sonuncu kursda təhsil alarkən "No Kung Fu" adı altında toplanmış akustik mahnılarının demo yazısını 5 Points Records-a təqdim etmişdir.[35] Şirkət onunla 10.000 dollarlıq səsyazma müqaviləsi bağlayır. Lana pulu Nyu-Cersi ştatının Nort-Berqen şəhərində yerləşən treyler parkı Manhattan Mobile Home Park-a köçmək üçün istifadə edir və çox keçmir ki, prodüser David Kahne ilə mahnılar üzərində işləməyə başlayır.[13][28][35][38] Nichtern bunları xatırlayır: "Bizim planımız hər şeyi təşkil etmək və bir səs yazısına sahib olmaq idi, o kolleci bitirdikdən dərhal sonra konsert turlarına gedəcəkdi. Bir çox sənətçi kimi, o da dəyişdi. Bizə ilk gələndə o, zərif kiçik akustik gitara çalırdı, sarı saçlı, çox gözəl gənc qadın idi. Bir az qaranlıq, lakin çox ağıllı idi. O, çox tez təkmilləşməyə doğru gedirdi."[38]
Lana Del Rey 2008-ci ildə Fordhamı fəlsəfə üzrə İncəsənət Bakalavr dərəcəsi ilə bitirdi.[28] Daha sonra Lizzy Grant ləqəbi ilə Kahnenin prodüseri olduğu "Kill Kill" adlı üç trekdən ibarət mini-albom buraxmışdır.[39] İfadəsində deyib: "Devid göndərdiyim demonu dinlədikdən bir gün sonra mənimlə işləmək istədiyini bildirdi. O, çox dürüst bir prodüser kimi tanınır və sadəcə pop deyil, istənilən musiqi üzərində işləməyi bacarır."[40] Həmin ərəfələrdə Lana evsiz şəxslər və narkomanlar üçün könüllü xeyriyyə işi görürdü.[13] O, Yuta ştatında Hinduların məskunlaşdığı evlərin rənglənməsinə kömək edən zaman kollecdə könüllü işlərlə maraqlanmağa başlamışdı.[19][41]
Lana səhnə adı barədə bunları deyib: "Mən musiqini formalaşdıra biləcəyim bir ad istəyirdim. O vaxtlar Mayamiyə çox gedirdim, Kubadan olan dostlarımla ispanca danışırdım–Lana Del Rey bizə dəniz sahilinin qlamurunu xatırlatdı.[42] Dilin ucundan çıxan söz möhtəşəm səslənirdi. "Bu ad həm də aktrisa Lana Törnerdən həm də 1980-ci illərdə Braziliyada istehsal edilmiş Ford Del Rey sedanından gəlir.[43] 2010-cu ilin yanvarında özünün adını daşıyan debüt albomunu buraxır.[38] Atası albomun marketinqində kömək etmişdi.[44] Albom 2010-cu ilin aprelində geri götürülməzdən əvvəl qısa müddət ərzində iTunes-dan satın alınması əlçatan idi.[38][38][45]
Lana "Lana Del Ray" buraxıldıqdan üç ay sonra menecerləri Ben Mawson və Ed Millett ilə danışıqlar aparıb. Onlar Lananın 5 Points Records ilə müqaviləsindən çıxmasına kömək etmişdilər. Lana qısa müddətdən sonra Londona yaşamağa gedib. O, bir neçə il Ben Mawson ilə birlikdə olub.[19] Lana 1 sentyabr 2010-cu ildə Mando Diao ilə birlikdə Berlindəki Union Film-Studios-da MTV Unplugged konsertində çıxış edib.[46] Elə həmin il o, bir neçə dostu ilə birlikdə çəkdiyi "Poolside" adlı qısametrajlı filmdə rol alıb.[47]
Lana Del Rey 2011-ci ildə "Video Games" və "Blue Jeans" mahnıları üçün özünün hazırladığı musiqi videolarını YouTube-a yerləşdirir.[48] "Video Games" mahnının klipi internetdə viral olur.[49] Bu mahnı Stranger Records şirkətinin diqqətini cəlb edir. Lana bu şirkətlə müqavilə bağlayır və mahnısını debüt sinqlı olaraq buraxır.[50] O, The Observer-ə danışıb: "Mən bu mahnını bir neçə ay əvvəl internetə yerləşdirdim, çünki bu, mənim sevimli mahnım idi. Düzünü desəm, bu sinql olmayacaqdı, amma insanlar həqiqətən buna reaksiya verdilər."[13] 2011-ci ilin oktyabrdında mahnı ona "Q" mükafatı,[51] 2012-ci ildə isə "Ən yaxşı müasir mahnı" kateqoriyası üzrə "Ayvor Novello" mükafatı qazandırdı.[52] Lana həmin il 2012-ci ildə Born to Die adlı ikinci studiya albomunu buraxmağa hazırlaşırdı. Bu albom yeni müqavilə bağladığı Interscope Records və Polydor tərəfindın buraxılacaqdı.[53] Lana o dövrlərdə müğənni Barrie-James O'Neill ilə münasibətdə idi.[54] İkisi hardasa üç ilə yaxın birlikdə olduqdan sonra 2014-cü ildə ayrılıblar. Lana Del Rey 14 yanvar 2012-ci ildə Saturday Night Live verilişində yeni çıxacaq albomundan iki mahnısını canlı olaraq ifa etmişdir. Onun performansı ictimaiyyət tərəfindən mənfi rəylərlə qarşılanmışdır.[55][56]
"Born to Die" 31 yanvar 2012-ci ildə dünya miqyasında satışa çıxarılır. Çox keçmədən kommersiya uğuru qazanır, 11 ölkədə bir nömrə olur və ABŞ Billboard 200 albom cərgəsində ikinci mövqemi tutur.[57][58] Lana buraxılış həftəsi bildirmişdi ki, 2010-cu ildə yayımlanan "Lana Del Ray" adlı debüt albomunun hüquqlarını əvvəlki şirkətdən geri alıb və bu albomu 2012-ci ilin yayında Interscope Records və Polydor vasitəsilə yenidən buraxacaq.[59] "Born to Die" 2012-ci ildə 3,4 milyon nüsxə sataraq 2012-ci ilin ən çox satılan beş albomundan biri oldu.[60][61][62] Eləcə də 2012-ci ildə ABŞ Billboard 200-də 76-cı sırada qaldı.[63]
Lana Del Rey 2012-ci ilin sentyabrında Paris Motor Show-da Jaguar üçün F-ype avtomobil modelini təqdim edib. Onun "Burning Desire" mahnısı avtomobilin tanıtım videosunda istifadə edilmişdi.[64][65][66] Jaguar-ın qlobal brend direktoru Adrian Hallmark şirkətin seçimini izah edərək, Lananın "orijinallıq və müasirliyin unikal qarışığı" olduğunu bildirirdi.[64] Lana sentyabrın 25-də qarşıdan gələn mini-albomu "Paradise"ın tanıtımı üçün "Ride" adlı sinqlını çıxarır.[67] 10 oktyabr 2012-ci ildə Santa Monikadakı Aero Teatrında "Ride" musiqi videosunun premyerası baş tutur.[68][69] Bəzi tənqidçilər Lananın canlandırdığı bayker dəstəsindəki fahişə obrazına görə onu qınadılar.[33][69][70][71]
"Paradise" 12 noyabr 2012-ci ildə buraxılır.[67] İlk həftəsində 67.000 ədəd nüsxə satır və Billboard 200-də ilk onluğa daxil olur. Bu Lananın ABŞ-də Top 10-a düşən ikinci albomu olmuşdu.[72] "Paradise" 2014-cü ildə "Qremmi" mükafatına namizəd göstərilmişdir. [73] Lana 2012 MTV Avropa Musiqi Mükafatlarında bir neçə nominasiya aldı və Ən yaxşı alternativ ifaçı kateqiyasında mükafat qazandı.[74] 2013-cü ilin fevralında Brit mükafatlarında, "Beynəlxalq qadın solo sənətçi" mükafatını, ardınca "Ən yaxşı beynəlxalq yeni gələn" və "Ən yaxşı beynəlxalq Pop/Rok sənətçisi" kateqoriyalarında iki "Echo" mükafatına layiq görüldü.[75][76]
Lana sonrakı bir neçə ay ərzində iki kover mahnısını klipləri ilə yanaşı təqdim edib. Biri Leonard Koenin "Chelsea Hotel#2",[77] digəri isə o vaxtkı sevgilisi Barrie-James O'Neill ilə səsləndirdiyi Li Hezlvud və Nensi Sinatranın "Summer Wine" mahnısının koveri idi.[78] Lana 2013-cü ilin may ayında "Böyük Qetsbi" filminin saundtreki üçün "Young and Beatiful" mahnısını buraxıb.[79] Mahnı buraxıldıqdan sonra Billboard Hot 100-də 22-ci yerə çıxdı.[80] Onun "Summertime Sadness" mahnısının Cedric Gervais remiksi 2 iyul 2013-cü ildə radioya göndərilir. Hitə çevrilən bu mahnı kommersiya uğuru qazanır. "Young and Beautiful"u keçərək, Billboard Hot 100-də 6-cı yerə çatır. Bu onun ABŞ-də ilk onluğa düşən ilk hit mahnısı idi.[81] Remiks 2013-cü ildə Qeyri-klassik Remiks,[82] Ən yaxşı remiks səsyazısı üzrə Qremmi mükafatını qazandı, "Young and Beautiful" isə Vizual media üçün yazılan ən yaxşı mahnı nominasiyasına namizəd oldu.[73]
Lana Del Rey 2013-cü ilin iyun ayında Entoni Mendlerin rejissorluğu ilə çəkilmiş "Tropiko" filmində rol alır.[83][84] Film 4 dekabr 2013-cü ildə Hollivuddakı Cinerama Dome kinoteatrında nümayiş etdirildi.[85] Dekabrın 6-da saundtrek rəqəmsal satış mağazalarında buraxıldı.[86][87]
Lana Del Rey 26 yanvar 2014-cü ildə qaranlıq fantastik film "Malefisenta" üçün kover ifa olan "Once Upon a Time" mahnısını təqdim edib.[88] Lana "Paradise" hazırlanıb başa çatdıqdan sonra Den Auerbax ilə birlikdə növbəti albomu üzərində işləməyə başlamışdır.[89] "Ultraviolence" 13 iyun 2014-cü ildə buraxılır. ABŞ və Birləşmiş Krallıq da daxil olmaqla 12 ölkədə bir nömrədə debüt edir. İlk həftəsində dünya üzrə 880.000 nüsxə satılan albomdan əvvəl "West Coast", "Shades of Cool", "Ultraviolence"[90] və "Brooklyn Baby" sinqlları çıxarılır.[91][92][93] Fotoqraf Françesko Karrozzini Lananın "Ultraviolence" mahnısı üçün klip çəkdikdən sonra onunla münasibət qurmağa başlamışdı. Cütlük bir ildən sonra 2015-ci ilin noyabrında ayrıldılar.[94] Lana albomu "kinematik və qaranlıq" kimi təsvir etdi,[95] bəzi tənqidçilər isə albomu onun əvvəlki buraxılışlarından daha qabarıq şəkildə gitara alətlərini özündə əks etdirən psixodelik[96] və desert rok rekordu kimi xarakterizə etdilər.[97][98] Həmin ilin sonunda Lana, Tim Börtonun rejissorluğu ilə çəkilmiş "Böyük gözlər" filmi üçün "I Can Fly" və eyni zamanda filmin adını daşıyan mahnı buraxdı.[99]
Lana Del Reyin dördüncü studiya albomu "Honeymoon" 18 sentyabr 2015-ci ildə işıq üzü görür.[100] Çox qısa zamanda musiqi tənqidçilərinin rəğbətini qazanır.[101] Albomun buraxılmasından əvvəl "High by the Beach" və "Terrence Loves You" sinqlları yayımlanmışdır.[102][103] Lana 2015-ci ilin may ayında bu albomun buraxılışına az qalmış "The Endless Summer Tour" adlı konsert turuna başlayacağını bildirdi. Konsert turunun açılışında Kortni Lav[104] və Qrimsim çıxış edəcəyi də məlum olmuşdu.[105] Bundan əlavə, Lananın The Weeknd ilə birlikdə yazıb ifa etdiyi "Prisoner" mahnısı 27 avqust 2015-ci ildə işıq üzü görmüşdür.[106]
2015-ci ilin noyabr ayında Lana müğənni-bəstəkar Daniel Constonun həyatı haqqında çəkilən "Hi, How Are You Daniel Johnston" adlı qısametrajlı sənədli filmin prodüserliyini etdi.[107] Film üçün o, Constonun "Some Things Last a Long Time" mahnısının kover ifasını səsləndirmişdir.[108] Lana 2015-ci ilin noyabrında Billboard Women in Music mükafatları mərasimində "Trailblazer" mükafatını qazanmışdır.[109] Həmçinin Ən Yaxşı Alternativ mahnıya görə MTV Avropa Musiqi mükafatına layiq görülüb.[110]
Onun "Honeymoon"-dan "Freak" mahnısına çəkilmiş klipin premyerası 9 fevral 2016-cı ildə Los-Ancelesdəki Wiltern Teatrında baş tutmuşdur.[111][112] O, müğənni The Weeknd-in "Starboy" albomunda onunla əməkdaşlıq etmişdir.[113] Lana Del Rey "Party Monster" və "Stargirl Interlude" mahnılarında yer almışdır.[114] Albomdan sinql olaraq buraxılan "Party Monster"[115] Billboard Hot 100-də Top 20-yə daxil olmuş[116] və ABŞ-də ikiqat platin sertifikatı almışdır.[117]
Studiya albomları
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.