From Wikipedia, the free encyclopedia
Lal Bihari (və ya Lal Bihari Mritak; 6 may 1955, Amilo[d], Uttar Pradeş) – Hindistanın Uttar-Pradeş ştatının Amilo kəndindən olan fermer və aktivist. O, 1975–1994-cü illərdə rəsmi olaraq ölü kimi qeydiyyatda olmuş və 19 il boyunca Hindistan bürokratiyasına sağ olduğunu sübut etməyə çalışmışdır. Adına Mritak (hərf. ölmüş) sözünü əlavə etmiş, bu cür hadisələri işıqlandırmaq üçün Uttar-Pradeş Ölü Adamlar Assosiasiyasını qurmuşdur.[1]
Bihari məşhurlaşmazdan öncə Uttar-Pradeş ştatında yerləşən bir kənddə yaşayan fermer idi. O, bankdan borc almaq üçün Azamqarh rayonunun gəlir idarəsinə yaxınlaşmışdır. Bu zaman ölü kimi qeydiyyatda olduğunu öyrənmişdir. Onun dayısı məmurlardan birinə rüşvət verərək Biharinin ölü kimi qeydiyyata alınmasına nail olmuş, beləcə, Biharinin Khalilabadda yerləşən bir akrlıq torpağının varisliyini götürmüşdür.[2]
Bihari 100-dən çox insanın eyni vəziyyətlə üzləşdiyini, rəsmi olaraq ölü göstərildiyini öyrənmişdir. Məsələni gündəmə gətirmək üçün Uttar-Pradeş Ölü Adamlar Assosiasiyasını yaratmışdır. O və digər üzvlər onları ölü kimi göstərməyə nail olmuş şəxslər tərəfindən öldürülmək təhlükəsi ilə üzləşmişdirlər. Hazırda təşkilatın 20.000-dən çox üzvü var. 2004-cü ilə qədər təşkilat 4 üzvün sağ olduğunu isbat edə bilmişdir.
Bihari ölmədiyini sübut etmək üçün müxtəlif vasitələrdən istifadə etmişdir. Öz dəfn mərasimini təşkil etmiş və arvadı üçün dul təzminatı tələb etmişdir. 1980-ci ildə adına Mritak (hərf. ölmüş) sözünü əlavə etmişdir. 1994-cü ildə sağ oldunu sübut edə bilmişdir.
Bihari 2003-cü ildə Sülh üzrə İqnobel mükafatına layiq görülmüşdür.[3] 2004-cü ildə Uttar-Pradeş ştatının Lalqanc parlamentinə namizədliyini vermişdir.
2021-ci ildə hind film prodüseri Satiş Kauşik Biharinin həyatından və "ölümündən" bəhs edən "Kağız" adlı film çəkmişdir.[4] "Salman Khan Films" şirkəti tərəfindən istehsal olunmuş filmin baş rolunda Pankac Tripathi çıxış edir.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.