Laçın
Azərbaycanda şəhər From Wikipedia, the free encyclopedia
Azərbaycanda şəhər From Wikipedia, the free encyclopedia
Laçın — Azərbaycan Respublikasının Laçın rayonunun inzibati mərkəzi, Laçın şəhər inzibati ərazi dairəsində şəhər.[2]
Bu məqalə Laçın şəhəri haqqındadır. Rayon üçün Laçın rayonu səhifəsinə baxın. |
Şəhər | |
Laçın | |
---|---|
39°38′27″ şm. e. 46°32′49″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 889 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Nəqliyyat kodu | 41 |
Digər | |
lachin-ih.gov.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Respublikanın paytaxtı Bakı şəhəri ilə şose yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km olmuşdur.
18 may 1992-ci ildən Ermənistan Silahlı qüvvələrinin işğalı altında olub. Qarabağ atəşkəs bəyanatına əsasən 26 avqust 2022-ci ildə Azərbaycanın nəzarətinə keçib.[3] 27 may 2023-cü ildə Laçın şəhərinə 20 laçınlı ailə (97 nəfər) geri qayıdıb. Beləliklə şəhərə azərbaycanlı keçmiş məcburi köçkünlərin ilk köçü başlayıb.[4]
Laçın əvvəllər Abdallar adlanıb, 1923[5]-cü ildən şəhər statusu alıb və 1926-cı ildən Laçın adlandırılıb[6]. 1930-cu ildə Laçın inzibati rayonu təşkil edilərkən Laçın şəhəri onun mərkəzinə çevrilib.
"Laçın" toponimi bir oykonim kimi 1924-cü ildən xəritəmizdə özünə yer tapmışdır. Ona qədər isə bu ad "Yuxarı Laçın" adlı kəndin adında özünü qoruyub saxlamışdır. Qismən qədim xəritələr üzərində araşdırmalar göstərir ki, Kiçik Qafqaz sıra dağlarının ən böyük silsiləsi olan Qarabağ yaylasının əsas zirvəsi ilə yanaşı Laçın adlı bir zirvə də diqqəti cəlb edir.Bu zirvə Yuxarı Qarabağ bölgəsində Böyük Kirs, Kiçik Kirs, Sarı baba zirvələri ilə üçbucaq təşkil edir. Bu zirvə Qarabağ sıra dağlarının mərkəzi hissəsində, onun cənub-qərbində yerləşir.
Araşdırmalar göstərir ki, "Laçın" adı coğrafi, tarixi və ədəbi mənbələrdə rast gəlinir. Mənbələrə baxarkən "Laçın" toponimi bir oronim-yəni dağ adı kimi bizə məlum olur. Lakin bu toponim həm də özünə bir oykonim şəklində bir növ vətəndaşlıq hüququ qazanmışdır. Bunu Laçın adlı kəndlərin adında görə bilərik: Şuşada Laçınlar, Kəlbəcər rayonunda Laçın adlı kəndlər, Kəlbəcər rayonundakı Laçınqaya qalası və s. buna misal ola bilər.
Əvvəlcədən qeyd etdiyimiz kimi bu adın sorağı ilə ədəbi materiallara müraciət etdik də "Laçın" adına rast gəlmək olur. Hal-hazırda, eləcə də yaxın keşmişdə bu adı axtarmaq çox asandır. Laçın adını daşıyan şəxslər hal-hazırkı dövrdə də vardır. Ancaq bu adın sorağı ilə uzaq keçmiçə müraciət etdik də məşhur hind şairi Əmir Xosrov Dəhləvinin həyatından bəhs edən mənbələrdə onun atasının soyadında "Laçın" sözü diqqəti cəlb edir.Onun adı belədir: Əmir Mahmud Şəms Laçın. Tarixi mənbələrdən aydın olur ki, onun ata-babası Hindistana Orta Asiyanın işğalı ilə əlaqədar gəlmişlər. O zaman "Laçın" kürd tayfası Türkmənistanın cənubunda Kopet dağında məskunlaşmışdılar. Hindistanda yaşayıb-yaratmış, dövrünün ən böyük şairi Əmir Xosrov Dəhləvinin adında tayfasının adı göstərilmişdir.
Qeyd edək ki, "Laçın" kürd tayfası XIII əsrin əvvəllərində Türkmənistanın cənubundakı ərazilərdə yaşayırdılar. Monqolların hücumu zamanı Laçın tayfalarının bir hissəsi Azərbaycana pənah gətirmişlər. Onlar Qarabağın yuxarı bölgəsində Xaçın məlikliyində, Xəlfəlidə, eləcə də Qarqarçay, Həkəriçay hövzələri yaxınlığında məskən salmışlar. "Laçın" kürd tayfasının bir hissəsi isə Hindistanda sığınacaq tapmışdır.
Orta əsrlərdə Azərbaycanda Laçın qalası və Laçın şəhəri də olmuşdur. Qarabağda Laçın qalasının olmasını Kirakos Gəncəli qeyd etmişdir. O, yazır ki, Laçın Həsən Cəlalın qalalarından biri idi. Azərbaycanda orta əsrlərdə Laçın adlı şəhər də olmuşdur ki, bu şəhərdə pul kəsilirdi. Bu şəhər Çobani xanlarının zamanında daha da şöhrətlənmişdi.
1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.[7] 1907-ci il nəşrinə görə burada əsasən tatar (sonradan azərbaycanlılar) olan 145 nəfər yaşamışdır.[8] 1911-ci ildə Abdallarda əsasən kürdlərdən ibarət 111 nəfər yaşayırdı, 1914-cü ildə bu say 124-ə qalxmışdır.[9] 1926-cı ilin əhali siyahıyaalmasına görə, Laçında 435 nəfər yaşayırdı. Onlardan 37,7%-i türklər (azərbaycanlılar), 25,3%-i kürdlər, 15,2%-i ermənilər, 13,1%-i ruslar idi.[10] 1939-cu ildə şəhər əhalisi 1,063 nəfərə çatmışdır. Əhalinin 80,7%-i azərbaycanlılar, 11,6%-i ermənilər, 6,4%-i ruslar olmuşdu.[11] 1959-cu ildə Laçının əhalisi 2,329 nəfər olmuş, 94.5%-i azərbaycanlılar, 4,3%-i ermənilər və 1%-i ruslar olmuşdur.[12] Artıq 1970-ci ildə şəhər əhalisi 95-i azərbaycanlılardan ibarət 4,990 nəfər idi.[13] 1979-cu ildə Laçının 6,072 nəfərlik əhalisinin 99.1%-i azərbaycanlı idi.[14] 1989-cu ilin məlumatına görə, Laçın şəhərinin əhalisi 7,829 nəfərdən ibarət idi.[15]
Birinci Qarabağ müharibəsində Laçın şəhəri işğal edilmiş, şəhərin azərbaycanlı və kürd əhalisi evlərindən didərgin edilmişdir. İşğal dövründə şəhərə ermənilər köçürülmüşdür.[16]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.