Kəlbəcər-Laçın avtomobil tuneli
Kəlbəcər rayonunda tunnel / From Wikipedia, the free encyclopedia
Kəlbəcər tuneli — Kəlbəcər rayonu ərazisində, Ağdərə-Kəlbəcər yolundan cənubda, Lacın-Kəlbəcər yolunun üzərində yerləşən strateji əhəmiyyət daşıyan tunel. Tunel 1960-cı ildə istifadəyə verilmişdir. Tərtər çayının qollarından biri olan Tutqun çayının kanyona bənzər dar dərəsinin qarşısında inşa edilmişdir[1]. Tunel rayonun 35 kəndini rayon mərkəzi ilə birləşdirir. Azərbaycanda avtomobil nəqliyyatı üçün nəzərdə tutulan ən uzun tuneldir.