From Wikipedia, the free encyclopedia
Kürdüstanın müstəqilliyi üzrə referendum – 25 sentyabr 2017-ci ildə keçirilən və Kürdüstanın İraq dövlətindən müstəqilliyini nəzərdə tutan referendum. Səsvermə yerli vaxtla saat 20:00-dək davam etmişdir.[1]
İraq referendumun dayandırılmalı olduğunu qeyd edərək qarşı olduğunu bildirmişdir.[1]
Referendumdan öncə baş nazir Heydər əl-Abadi bildirmişdir ki, referendum konstitusiyaya ziddir və sülh prosesini təhlükəyə atır. Bundan sonra İraq hökuməti Kürdüstan bölgəsindən beynəlxalq sərhəd məntəqələrində nəzarətin verilməsini tələb etmişdir.[1]
İraq həmçinin digər ölkələrdən Kürdüstan regionundan neft almamağa və "neft və sərhədlər"ə görə danışıqları yalnız hökumətlə aparmağa çağırış etmişdir. Neft Kürdüstan regionunun əsas ixrac məhsullarından biridir.[1]
İsrail müstəqillik referendumunu açıq dəstəkləyən yeganə ölkə olmuşdur.[1]
Səsvermədə iştirak edənlərin 92,73 %-i müstəqilliyə "hə" deyib. Seçkidə 3 milyon 305.925 nəfər (78 %) iştirak edib. 21.180 nəfərin səsi etibarsız hesab edilib.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.