From Wikipedia, the free encyclopedia
Küləklər şəhəri – Azərbaycanın paytaxtı Bakı şəhərinə verilən ləqəb. Şəhərdə tez-tez əsən güclü küləklər bu ləqəbin yaranmasına gətirib çıxarmışdır. "Bakı" adının etimologiyası ilə bağlı iddialardan biri fars dilində "külək döyən" mənasını verən "Badkubə" sözündən yaranmasıdır.
Bakı şəhəri Xəzər dənizinin qərbində, şimal küləklərinin daim döyəclədiyi yerdə yerləşir. Şəhərdə xəzri adlandırılan şimal küləyi və gilavar adlandırılan cənub küləyi əsir. Əbdürrəşid Bakuvi Bakı şəhərini küləkli şəhər kimi təsvir etmiş, hətta külək əsən zaman at və qoyunların öz yerində dayana bilmədiklərini bildirmişdir. 1826-cı ildə Bakıda olmuş səyyah Zeynalabdin Şirvani şəhərin Badkubə də adlandırıldığını, çünki burada güclü küləklərin əsdiyini qeyd etmişdir.[1]
1928-ci və 1967-ci ildə çəkilmiş, Bakı şəhərinin tarixindən bəhs edən iki sənədli film "Küləklər şəhəri" adını daşıyır. Eston yazıçı Kersti Kivirüüt tərəfindən yazılmış "Küləklər şəhəri" romanı sovet hakimiyyətinin qurulması ərəfəsində Bakıda yaşayan əcnəbilərin həyatından bəhs edir.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.